Türkiyə tarixində əlamətdar hadisə

" Türkiyənin yeni tarixində əlamətdar hadisələr baş verib. O hadisələrin bir-birilərini tamamlaması isə xüsusi vurğulanmalıdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əlabbas Məhərrəmli səsləndirib. O, qeyd edib ki, Türkiyədə martın 31-də keçirilmiş yerli seçkilərdən sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədr seçkilərində nəticələr ciddi mübahisə doğurmuş, səslərin bir neçə dəfə təkrar sayılması həyata keçirilmişdi: "AKP İstanbulun mer seçkilərində qalib gələn Əkrəm İmamoğlunun qələbəsini şübhə altına alaraq, onun qələbəsini rəsmiləşdirməyə tələsmirdi. Bu məsələ artıq xoşagəlməz məcraya yönəlirdi.  Lakin dünən vəziyyət tam dəyişdi. Əvvəlcə Türkiyənin mərhum prezidenti Turqut Özalın anım mərasimində qarşılaşan Binəli Yıldırımla Əkrəm İmamoğlu ayaqüstü görüşüb, mehribanlıqla hal-əhval tutdular. Siyasi qarşıdurma, qarşılıqlı ittihamlar bir anda kənara qoyuldu. Həqiqətən, xoş mənzərə idi. Tam siyasi mədəniyyət nümunəsi. Günün davamında isə Türkiyənin Ali Seçki Qurumu İmamoğlunun qələbəsini təsdiqləyərək, onun mandatını təqdim etdi.  Qardaş Türkiyəyə xeyirli olsun!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR