Prezident 4 fərman və daha bir sərəncam imzaladı

İlham Əliyev "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88; 2013, № 4, maddə 374; 2016, № 10, maddə 1629; 2018, № 7, maddə 1502) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

"1.4. qanunvericiliyin təsirinin qiymətləndirilməsi məqsədi ilə:

1.4.1. hazırlanan hüquqi aktların layihələrinin və qüvvədə olan hüquqi aktların bu Fərmanın 1-1.1-ci bəndində nəzərdə tutulmuş qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq monitorinqinin həyata keçirilməsi ilə bağlı tədbirlər görsün;

1.4.2. bu Fərmanın 1.4.1-ci yarımbəndinə uyğun olaraq aparılmış monitorinqin nəticələri ilə bağlı təkliflərini (məlumatlarını) bu Fərmanın 1-1.1-ci bəndində nəzərdə tutulmuş qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin.".

2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

1-1.1. inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1-1.2. bu Fərmanın 1.4.2-ci yarımbəndinə uyğun təqdim olunacaq təklifləri (məlumatları) Administrasiyanın hüquq xidməti vasitəsilə ümumiləşdirərək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1-1.3. Administrasiyanın hüquq xidməti vasitəsilə qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə işlərin əlaqələndirilməsini təmin etsin.".

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2019−2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2019−2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında 2019-cu il martın 1-də Pekin şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.

***

İlham Əliyev Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620; 2016, № 2 (II kitab), maddə 269; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 572 nömrəli Fərmanı) 1.1.1-ci yarımbəndindən "və Audit Komitəsinin (Təftiş Komissiyasının)" sözləri çıxarılsın.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 586 nömrəli Fərmanı) 5.27-1-ci bəndinə "Nazirliyi," sözündən sonra "taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi," sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698; 2018, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli və 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə "322.0.2," rəqəmlərindən sonra "322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə)," sözləri əlavə edilsin.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR