Radikal siyasi düşərgənin qrant bazarı bağlanır- Siyasi analiz

Radikal siyasi düşərgə yenə öz ampluasındadır. Cəmiyyəti, vətəndaşları aldatmaq, ölkədə ictimai-siyasi gərginlik, xaos yaratmaq, ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna, mövqeyinə zərbə vurmaq bu günkü Azərbaycan müxalifətinin əsas fəaliyyət istiqaməti, prinsipləridir. Artıq 20 ildən çoxdur ki, müxalifətin radikal kəsimi bu istiqamətdə fəaliyyət göstərir. Heç bir elektorata, insan resursu, sosial dayağa malik olmayan radikal siyasi düşərgə sivil mübarizə yolu, seçkilərdə mübarizə aparıb hakimiyyəti ələ almaq gücünüə, potensialına malik olmadığı üçün, qeyri-sivil mübarizə üsuluna üstünlük verir. Elə radikalların, onların əsas hərəkətverici qüvvəsi sayılan Əli Kərimlinin Qərb, Avropadakı ağalarından aldığı sifariş əsasında müntəzəm olaraq mitinq keçirmək istəyini ortaya qoyması da qeyd etdiyimiz qeyri-sivil mübarizə üsulundan biridir.

Lakin 19 yanvar mitinq uğursuzluğu girdabından hələ də çıxa bilməyən və xaricdən aldığı külli miqdarda qrantın qarşılığında aldığı tapşırığa uyğun izdihamlı mitinq keçirə bilməyən Əli Kərimli indi də növbəti yalan maşınını işə salıb. Dünənə qədər rəsmi Bakını Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalamamaqda ittiham edən Kərimli, indi də Aİ ilə Azərbaycan arasında imzalanacaq sazişə qarşı çxıır. İddia edir ki, həmin sazişdə Azərbaycan ərazi bütpvlüyü tam göstərilmir. Əslində isə burada əsas məqsəd başqadır. Kərimli gözəl bilir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişi imzalandıqdan sonra onlara Qərbdə, Avropada heç kim stavka etməyəcək və bundan sonra Kərimli xaricdən qrant ala bilməyəcək. Bir sözlə radikal siyasi düşərgənin qrant bazarı bağlanacaq. Ona görə də hər vəchlə Aİ ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalanmasına qarşı çıxır. Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da deyir ki, radikal siyasi düşərgə öz gələcək taleyinin acı sonluğundan dolayı bu cür yalan məlumatlar yayır: "Son zamanlar Azərbaycan ilə Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq Sazişi ilə bağlı müxalifət düşərgəsindəki Əli Kərimli, Arif Məmmədov, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi uğursuz "lider"ciklər çaşdırıcı, yalan məlumatlar yayır, sözügedən Tərəfdaşlıq Sazişinin mətnində Azərbaycanın milli maraqlarına uyğun olmayan şərtlərin yer aldığını iddia edir və bununla ictimai fikirlə manipulyasiya etməyə çalışırlar. Məsələn, bisavad və "zorən diplomat" Arif Məmmədov öz kiçik ağlı ilə iddia edir ki, guya, Avropa İttifaqı ilə hazırlanan Tərəfdaşlıq Sazişində Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmayıb və bu da Qarabağ üçün təhlükəlidir. Ancaq halbuki, may ayında imzalanması palnlaşdırılan Strateji Tərəfdaşlıq Sazişində Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir. Yəni ki, Arif Məmmədovun iddiaları ağ yalan və həyasızcasına dezinformasiyadır".

Partiya sədri deyir ki radikalların "ağa"sı Əli Kərimli isə Arif Məmmədovdan da bir addım irəli gedərək soruşur ki, axı niyə Azərbaycan açıq şəkildə Qarabağı Rusiyanın işğal etdiyini demir?: "Dostlar, siz bu bəyəfəndinin ritorikasındakı məkrli məramı görürsünüzmü? Adam açıq mətnlə Azərbaycan dövlətinə çağırış edir ki, Rusiyanı işğalçı adlandırsın. Sizcə, Əli Kərimli normal və ciddi siyasətçi olsaydı, belə bir avantürist çağırış edərdimi? Xeyr, ağlı başında olan normal siyasətçilər əsla belə bir çağırış etməzdilər. Ancaq özünü hər zaman liberal-demokratik dəyərlərin çarçısı kimi təqdim etməyə çalışan Əli Kərimli bu açıqlamasını verərkən bir anlığa da olsa liberal-demokratlığını unudur və ultra-millətçi köynəyini əyninə geyir, psevdo-vətənpərvər obrazında çıxış edir. Bir sözlə, Əli Kərimli və onun "muşketyor"ları indiki olduqca həssas məqamda siyasi iblisliklə məşğuldur və bu iblislik də özünü ilk növbədə onda göstərir ki, onlar bir yandan Avropa İttifaqı ilə münasibətlərimizə xələl gətirməyə, Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını əngəlləməyə çalışır, digər yandan isə Rusiya ilə münasibətlərimizi Rusiya-Ukrayna və Rusiya-Gürcüstan təcrübəsində olduğu kimi "qırmızı xətt"ə çatdırmağa, Rusiyaya qarşı açıq düşmənçilik siyasətinə keçməyə təhrik edirlər. Başqa sözlə desək, Ə.Kərimli və onun yandaşları Azərbaycanı eyni vaxtda iki istiqamətdən zərbə altında qoymağa çalışır. Əslində bunun özü Azərbaycana qarşı ən böyük düşmənçilikdir. Ölkəyə, millətə qarşı düşmənçilik başqa necə olur ki?".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR