Əli Kərimlini vətənin müqəddəratından daha çox siyasi çıxarları düşündürür- RƏY

Əli Kərimli və yaxın ətrafı yenə də öz məkirli fəaliyyətindədir.  Nəızərdə tutduğu mitinq şousunun heç bir effekt vermədiyini görən AXCP sədri indi də ictimaiyyəti çaşdırmaq, cəmiyyət arasında yalan məlumatlar yaymaqla məşğuldur. Zatən onun bütün siyasi və həyat fəaliyyəti yalan üzərində qurulub. Belə ki, Kərimli və sosial şəbəkəni qız profili ilə bəzəyən yaxın ətrafı cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışır ki, guya Avropa İttifaqı Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etmir. Hətta iddia olunur ki, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan çərçivə sazişində də bu məqam öz əksini tapıb. Tamamilə cəfəngiyyat olan belə bir məlumatın dövriyyəyə buraxılmasında əsas məqsəd xalqın əsas həssas məsələsi hesab edilən Qarabağ kartından istifadə etmək və bu yolla növbəti aksiyalara daha çox insan cəlb etməkdir.  Ancaq təbii ki, Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də radikal siyasi düşərgənin bu cür yalanlarına inanmır.

Kərimli və tərəfdarlarının bu dəfəki şousu da cəmiyyətin müxtəlif  təbəqələri tərəfindən etirazla qarşılanıb. İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ISBAM) sədr Samir Adıgözəlli deyib ki, bu günə qədər Əli Kərimlinin Qarabağ probleminin həlli ilə bağlı, torpaqlarımızın işğaldan azad olunması istiqamətində nə normal qəbul oluna biləcək bir təklifini eşitmişik, nə də obyektivlik naminə Azərbaycan dövlətinin bu istiqamətdə atdığı hansısa bir addımla bağlı fikirlərinin şahidi olmuşuq. Onun sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında bağlanacaq tərəfdaşlıq sazişi ilə bağlı müxalifət, xüsusilə Əli Kərimli cəbhəsi yenə də öz ampluasındadır: "Sazişlə bağlı beyinləri qarışdıraraq siyasi məqsədlərini dürtüşdürməyə çalışırlar. Əvvəla Dağlıq Qarabağ probleminin Abxaziya, Osetiya, Donbas və Krımla oxşar və fərqli cəhətləri vardır. Amma bütün bu münaqişələri birləşdirən separatizmdir. Azərbaycanın, Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünə qarşı bütün beynəlxalq hüquq normaları tapdalanaraq həyata keçirilmiş işğaldır. Rusiyanın Gürcüstan və Ukraynaya qarşı birbaşa hərbi müdaxiləsi var. Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın isə Rusiya arxa dayağı rolundadır. Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycana məxsus olduğunu bütün bəyanatlarda Rusiya etiraf edir. Gürcüstan və Ukrayna məsələsində durum fərqlidir, ona görə də hər iki dövlət Rusiyanı işğalçılıqda ittiham edir. Əli Kərimli hansı məntiqlə Azərbaycan dövlətinə çağırış edir ki, Rusiyanı işğalçı adlandırsın. Əslində normal siyasətlə məşğul olan kimsə belə bir çağırış etməz və bundan öz siyasi məqsədləri üçün yararlanmaz. Təbii ki biz hamımız Rusiyanın birbaşa vasitəsilə tarixi Azərbaycan torpaqlarında indiki Ermənistanın qurulduğunu və dolayısı yolla bütün işğal proseslərində iqtisadi, siyasi, hərbi baxımdan Ermənistana dəstək verdiyini bilirik. Amma bu gün bunu birbaşa, açıq şəkildə və həm də dövlət səviyyəsində Rusiyaya qarşı bildirmək elə ilk növbədə Qarabağdan əlini üzmək deməkdir. Görünür Əli Kərimli illərdir Azərbaycan hökumətinin Qarabağ məsələsi ilə bağlı beynəlxalq platformalarda apardığı siyasi mübarizədən xəbərsizdir. Özündə Qərbə yaxın siyasətçi obrazı yaratmaq həvəsi Əli Kərimli də çoxdan var. Amma könul istərdi ki, Əli Kərimli illərdir Avropanın, Qərbin Azərbaycana qarşı yürütdüyü ikili standartları dilə gətirib ölkəmizin üzləşdiyi işğalla bağlı Qərbin siyasi oyunlarını da tənqid edərdi. Görünən isə odur ki, Əli Kərimli vətənin müqəddəratını deyil, yalnız öz siyasi çıxarlarını fikirləşərək Qərblə Rusiya arasında mübarizədə öz oyununu oynayır. Burda deyirlər sən nə çalırsan çal, mən öz havamı oynayacam".

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə hesab edir ki, Kərimli son açıqlamaları və cəmiyyəti aldatmağa meyilli fikirləri ilə Qərbdən, Avropadan qrant almadığı görüntüsü yaratmağa çalışır: " Maraqlı proseslər gedir. Əli Kərimlinin trolları bağırırlar ki, Kərimli heç yerdən qrant almır, qrantı İlqar Məmmədov alır, İlqar Məmmədovun trolları isə əksini iddia edirlər. Deyirlər ki, İlqar Məmmədov heç yerdən qrant almır, qrantı Əli Kərimli alır. Müxaliflər hamısı özü birbaşa prezident olmaq istəyir. Təklif edirəm ki, hazır elə prezidentimiz varkən gəlin onun ətrafında sıx birləşib hamımız bir olaq. On milyonuncu olduq, əla oldu. Gəlin hamımız bir yumruq kimi ölkə rəhbərimizin ətrafında birləşib Vətənimizin bütün sahələrdə qələbəsi üçün çalışaq".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR