8 min müsəlmanı öldürən prezidentə cəza - Tarixi qərar

Beynəlxalq Cəza Məhkəməsinin Apellyasiya Şurası "Bosniya qəssabı" kimi tanınan sabiq Serbiya prezidenti Radovan Karaciçlə bağlı yekun qərarını açıqlayıb.

Axar.az  xəbər verir ki, məhkəmə 1994-cü ildə törədilmiş Srebrenitsa qətliamının əsas səbəbkarlarından Karaciçi ömürlük həbsə məhkum edib.

Bununla da 3 il davam edən apellyasiya prosesi də başa çatıb.

Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR