Hökumət parlamentdə hesabat verdi

Novruz Məmmədov: "2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub"

Milli Məclisin martın 15-də keçirilən iclasında hökumət ötən ilin yekunları ilə bağlı hesabat verib. Əvvəlcə MM sədri Oqtay Əsədov bildirib ki, Azərbaycanda Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar hökumətin hesabatında əksini tapıb: "Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib: "Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub. 2019-cu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir".

Hökumətin hesabatını təqdim edən Baş nazir Novruz Məmmədov əvvəlcə deputatları Novruz Bayramı münasibətilə təbrik edib. N.Məmmədov söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı qarşımızda duran əsas prosesdir: "Bu işin həyata keçirilməsində sizə uğurlar arzu edirəm". 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olduğunu deyən baş nazir qeyd edib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi böyük təmtəraqla qeyd edilib. 2018-ci ildə keçirilən prezident seçkilərində müdrik xalqımız ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi, ölkədə sabitliyə, inkişafa səs verdi. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirdi və qarşıda duran strateji hədəflər müəyyən edildi. N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub. O, deyib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. N.Məmmədov söyləyib ki, keçən il 38,7 milyon, 19,2 milyard kubmetr qaz istehsal edilib: "Sumqayıt Kimya Parkında karbomid zavodu istehsal edilib: "Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkyiədəki Star zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək".

Onun bildirdiyinə görə, keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib. Ötən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub: "Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb". Baş nazir söyləyib ki, 2018-ci ildə peşə təhsil müəssiələrinin bazasında 24 təhsil mərkəzi yaradılaraq, səmərəli fəaliyyəti təşkil olunub: "Dövlət başçısının tapşırığı ilə bölgələrdə 8720 yerlik modul tipli məktəblər istifadə verilib. Səhiyyənin inkişafında da əsas diqqət müayinə və müalicə üsullarının geniş tətbiqinə yönəldilib. İl rəzində Quba və Naftalanda rayon xəstəxanaları istifadə verilib, 47 tibb müəssiəsində təmir bərpa işləri aparılıb". 2018-ci il gənclərimiz və idmançılarımız üçün də uğurlu il olduğunu dilə gətirən N.Məmmədov vurğulayıb ki, ötən il sanballı qələbələrlə yadda qalıb: "Ötən il Azərbaycanda 58 beynəlxlq yarış keçirilib, idmançılarımız 236 beynəlxalq yarışda iştirak edib. İdmançılarımız dünyada keçirilən beynəlxalq turnirlərdə 753 medal qazanıblar".

Baş nazir əlavə edib ki, ötən il qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı ətraf mühitə dəyən ziyanla bağlı 97 fiziki və hüquqi şəxs cərimələnib. 97 fiziki və hüquqi şəxs ümumilikdə 12,3 milyon manat cərimə edilib. 2018-ci ildə ölkəmizin hərbi sənayenin artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, ordumuzun silah-sursatla təmin edilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb: "Ordumuz raket sistemləri, hava hücumundən müdafiə vasitələri, pilotsuz uçan aparatlar və digər təchizatlarla təmin olunub. Ötən il Azərbaycada keçirilən iki möhtəşəm hərbi paradda bu silahların nümayiş etdirilməsi buna əyani sübutdur". N.Məmmədov qeyd edib ki, 2018-ci ildə Naxçıvanda həyata keçirilən uğurlu hərbi əməliyyat nəticəsində 1993-cü ildən düşmənin nəzarətində olan Günnüt məntəqəsi işğaldan azad edilib: " Azərbaycanda fəaliyyət göstərən müdafiə sənayesi müəssiələri tərəfindən 1200 adda məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib. 2018-ci ildə Bakı şəhərində keçirilən ADEX sərgisində müdafiə imkanlarımız nümayiş etdirilib. Silahlı Qüvvələrə Yardım Fonduna 8.4 milyon manat ianələr daxil olub".

Hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı qeyd edib ki, ötən ilin ən mühüm və uğurlu hadisəsi Prezident İlham Əliyevin yenidən xalqın etimadını qazanaraq dövlət başçısı seçilməsi oldu. 2018-ci il Azərbaycanın idarəçilik sistemində uğurlu il olub. Deputat bildirib ki, büdcənin formalaşmasında həlledici rol oynayan dərin islahatların 2018-ci ildə davam etdirilməsi nəticəsində şəffaflıq təmin olundu: "Bu, sahibkarlar arasında da inam mühiti yaratdı. Kənd təsərrüfatına innovativ yanaşma aqrar sektorla məşğul olanlarda fəallığa səbəb oldu. Maliyyə sabitliyi təmin olundu". Meşə təsrrüfatının qorunması ilə bağl atılan addımların təqdirəlayiq olduğunu deyən F.Ağamalı bu addımların davam edəcəyinə inandığını dilə gətirib: "Təhsil, səhiyyə, məcburi köçkünlərə diqqətin artırılması sosial sahədə görülən işlərə daxildir. Azərbaycanın dəmiryolu infrasturkutu ilə görülən işlər ölkəmizə itiqsadi dividentlər gətirməkdədir. Bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan addımlar da mühümdür". F.Ağamalı qeyd edib ki, Azərbaycanda torpaq fondunun 47 faizi şoranlaşmış vəziyyətdədir: "Bununla bağlı qanunun hazırlanmasına ehtiyac var".

Milli Məclisin Komitə sədi Siyavuş Novruzov bildirib ki, 2018-ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub. Bu gün bizə təqdim olunan hesabatda müəyyən məsələlərə toxunulub. 2018-ci ilin hesabatını ilk növbədə Azərbaycan özü verib. Xalqımızın 2018-ci ildə prezident seçkilərində Ulu Öndər Heydər Əliyev yoluna səs verərək Prezident İlham Əliyevi dəstəkləməsi artıq 2018-ci ilin hesbatına verilən qiymət idi. O, bildirib ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatalara nəzər yetirsək, iqtisadiyyatımız daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və yeni infrastrukturun yarandığını görərik: "Ötən il Nazirlər Kabinetində böyük ishatalar keçirildi. Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. İqtisadiyyatımızın inkişafına, sosial məsələlərin həllinə mane törədən strukturlar ləğv edildi, zəruri, təlabatı olan yeni strukturlar formalaşdı və bu gün formalaşmaqdadır". S.Novruzov qeyd edib ki, cənab Prezident tərəfindən son aylarda imzalanan sərəncamlar, verilən qərarlar 2019-cu ilin dövlət büdcəsində əvvəlcədən öz əksini tapmışdı: "Həm sosial, həm iqtisadi sahədə, həm də problemli kreditlərlə bağlı məsələlərlə bağlı atılan addımlar dünyanın heç bir yerində həll edilmir. Azərbaycanda həyata keçirilən bütün işlər əhalinin sosial rifah halının yaxşılaması üçündür. İnsanlar da bunu başa düşür və öz prezidentlərini dəstəkləyir, iqtidar-xalq birliyi nümayiş olunur"Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənlərin bu islahatlara kölgə salmaq istədiklərinə təssüfünü ifadə edən deputat qeyd edib ki, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: "Bir daha qeyd edirəm ki, həyata keçirilən işlər, atılan addımlar ötən il Prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Bu yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək". S.Novruzov əlavə edib ki, Naxçıvan blokada şəraiti olmasına baxmayaraq, orada da mühüm işlər görülür, yollar çəkilir, turizmin inkişafı genişlənir: "Blokada şəraitində olan ərazidə həyata keçirilən islahatlar, quruculuq, abadlıq işləri. təhsil, səhiyyə sahəsində görülən blokada olmayan digər dövlətlərlə müqayisədə daha geniş şəkildə həyata keçirilir". Deputat əlil tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə də çıxış edib. Bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxsləri tam şəkildə təhsil almasına imkan yarada bilər: "Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar təhsil haqqından azad edilməsini xahiş edirlər. Bunun bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar".

Deputat Elmira Axundova qeyd edib ki, şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməlidir. Bu, dövlət hesabına həyata keçirilməlidir.O, xatırladıb ki, Azərbaycan böyük çaylar axır: "Hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulurlar. Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil". Deputat sənədsiz evlər məsələsinə də toxunub: "Xalq arasında "kupça" adlı sənədin verilməsinin sadələşdirilməsi haqqında sərəncamı yüksək qiymətləndirirəm. 20-30 ildir orada yaşayır, kommunal xərclər ödəyirlər, lakin əllərində bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyə bilirlər, nə də bu evlər alqı-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır. Halbuki bu evlər sənədləşsə, dövlət təxmini heablamlara görə 300-500 milyon manat əlavə gəliri büdcəyə yönəldə bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hansısa məmurun "qara kassa"sını doldururuq".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2018-ci il xüsusən iqtisadi, siyasi, sosial islahatlar, ümumilikdə idarəetmə sistemləri baxımdan yadda qalan il oldu. Onun sözlərinə görə, hesabat göstərir ki, hökumət qarşısına qoyduğu idarəetməni, daha da şəffaf həyata keçirilməsi ilə bağlı bütün məqsədlərə nail olub.Azərbaycanda müharibə iştirakçıları, əlillər, şəhid ailələri ilə bağlı dövlət başçısının tapşırığı ilə bir çox ciddi işlərin görüldüyünü deyən deputat qeyd edib ki, milli qəhrəmanlara ölkəmizdə xüsusi diqqət yetirilir: "Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi hər zaman prezidentə, parlamentə müraciət edərək onların status məsələsi ilə əlaqədar qanun layihəsinin qəbul edilməsini təklif ediblər. Əlbəttə bu, gələcəkdə müzakirə oluna bilər. Lakin baş nazir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək demək istəyirəm ki, hazırda sağ olan Milli Qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb. Xahiş edirəm bu məsələyə baxılsın".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR