Xocalı soyqırımı haqda məlumat Qırğızıstanın rəsmi dövlət qəzetində

Qırğızıstan Respublikasının rəsmi dövlət mətbu orqanı olan "Erkin Too" qəzetində fevral ayının 25 də Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Bişkek şəhəri mərkəzləşdirilmiz kitabxanalar şəbəkəsində keçirdiyi Xocalı soyqırımı ilə əlaqədar tədbir haqqında məlumat verilib. Məlumatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edilməsi, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım olduğu qeyd edilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaın, 106-sı qadının, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirməsi haqda xəbər verilir. Bundan başqa düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandığı, 1275 nəfər əsir götürüldüyü, əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum olmadığı faktları öz əksini tapıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR