BMT baş katibindən təşəkkür məktubu

BMT-nin baş katibi Antonio Quterreş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yeddinci Qlobal Bakı Forumunun təşkili üçün təşəkkür məktubu göndərib. "OLAYLAR"-a təşkilatın Bakı ofisindən bildirilib ki, məktubda ekoloji təhlükə və silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik və dözümsüzlüyə qarşı çoxtərəfli əməkdaşlığa hər zamankından daha çox ehtiyac olduğu vurğulanıb: "Lakin, sadə dildə desək, bu kifayət deyil. Biz, insanların qorxu və narahatlıqlarına cavab vərən həll yollarını səfərbər etdiyimizi və hamıya yararlı olan ədalətli qloballaşmanı yaratdığımızı göstərməliyik. Birləşmiş Millətlər Təşkilatı hər gün sülhməramlı fəaliyyətdən humanitar yardıma, insan hüquqların qorunmasından dayanıqlı inkişafın təşviqinə aid məsələlərlə məşğul olur. Gördüyümüz bütün yaxşı işləri məhv edə biləcək bir potensial təhlükə mövcuddur - iqlimin korlanması. İqlim sürətlə dəyişir. Onu yavaşlatmaq üçün göstərdiyimiz səylər yetərli deyil. Bu qlobal problemin həlli məqsədilə səyləri artırmaq üçün sentyabr ayında Nyu-Yorkda iqlim hərəkatı ilə bağlı sammit təşkil edəcəm. Həyəcan təbilini çalmaq və iqlim hərəkatı imkanlarını vurğulamaq işində sizin dəstəyinizə güvənirəm".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR