Sarkisyan Azərbaycan torpaqlarından hücuma keçəcək

Ermənistanın keçmiş prezidenti, "Qarabağ klanı"nın liderlərindən olan Serj Sarkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağa bölgəsində aktiv fəaliyyətə başlayıb.

 "Jamanak" qəzeti Serj Sarkisyanın İrəvana qayıtmadığını, hazırda Xankəndində olduğunu və aktiv görüşlər keçirdiyini yazıb.

Sarkisyan martın 5-də Xankəndinə gəlib. Burada separatçı rejimin "rəhbəri" Bako Saakyanla fəal ünsiyyət saxlayır. Məlumatlara görə, Sarkisyan Ermənistan təhlükəsizlik şurasının Qarabağda keçirilən iclasının nəticələrini gözləyirmiş.

"Jamanak"ın versiyasına görə, keçmiş prezident sonrakı addımlarını planlaşdırmaq niyyətindədir.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR