Bank sektorunda imzalanan mühüm sənəd- Təhlil

Azərbaycan beynəlxalq aləmin bir üzvü kimi dünyanın aparıcı dövlət və ölkələri ilə yaxından əməkdaşlıq edir, münasibətləri inkişaf etdirir. Müntəzəm olaraq ayrı-ayrı dövlətlərin hökumət və dövlət başçılarının ölkəmizə baş tutan səfərləri qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəmin yaradır, yeni-yeni imkanlar açır. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fransaya səfəri də Parislə Bakı arasında əlaqələrin bir qədər də inkişaf etdirilməsi baxımından əhəmiyyətli idi. Bu günlərdə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu ölkədə səfərdə oldu və həm Paris. həm də Bakı üçün mühüm əhəmiyyət kəsb edən göüşlər keçirdi. Birinci vitse-prezidentin Fransaya səfəri zamanı iki ölkə arasında bir neçə sahəni əhatə edən sənədlər imzalandı ki, bu da gələcək əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmlidir  Elə bu ərəfədə iki ölkə arasında maliyyə sahəsini özündə ehtiva edən sənədin də imzalanması mühüm əhəmiyyət kəsb edən məsələlərdən sayıla bilər. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə Parisdə Mərkəzi Bankla "Rotshshild&Cie" Bankı arasında əməkdaşlıq razılaşması bağlanıb. Sözügedən məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, sözügedən sazişin imzalanması çox mühüm hadisədir:  "Məlum olduğu kimi, hazırda Birləşmiş Ştatlardakı siyasi gərginlik Rotşildlərlə Rokfellerlərin ənənəvi rəqabətinin zühurudur. Deyilənə görə bu iki yəhudi klanı dünya maliyyəsini idarə edir. Sadəcə Rotşildlər antiqlobalist, Rokfellerlər isə qlobalistlərdir. Məsələn, Ağ Ev rəhbəri Donald Tramp Rotşildlərin, sabiq dövlət katibi Hillari Klinton isə Rokfellerlərin adamıdır. Fransa prezidenti Emmanuel Makron da Rotşildlərin adamıdır. Ötən əsrin 80-ci illərində Fransada Rotşildlərin bankını ümumiyyətlə milliləşdirmişdilər, hətta yaranan yeni bankların adında "Rotşild" sözünün istifadəsi belə qadağan idi. Amma hazırda Rotşildlər yenə həm Birləşmiş Ştatlarda, həm də Fransada at oynadır. Belə çıxır ki, bizim maliyyə sistemi də onların təsiri altında olacaq. Amma əsas bu deyil. Kiçik ölkəyik. Aydın məsələdir ki, qlobal sələmçi maliyyə sistemi çərçivəsində müstəqil ola bilmərik. Bizim üçün nə fərqi var: Rotşild, yoxsa Rokfeller. İndi Rotşildlər güclüdürsə, onlarla saziş bağlamaqda problem yoxdur. Olsun. Bu taktikanı bizə hələ ulu əcdadımız Cavanşir miras qoyub.
Əsas odur ki, bu sazişi yalnız Mərkəzi Bank bağlayıb. Maliyyə Bazarlarına Nəzarət Palatası orada iştirak etməyib". İqtisadçı ekspertin sözlərinə görə,  halbuki, saziş 3 istiqaməti əhatə edir və, məsələn, onlardan birincisi budur: "Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq". Bu, açıq-aşkar bank tənzimlənməsi və bank nəzarətinə aid olan məsələdir. Pul siyasətinə qətiyyən aidiyyəti yoxdur. Başqa sözlə, Mərkəzi Banka deyil, Palataya aid olan məsələdir. Buna baxmayaraq, sazişi Mərkəzi Bank bağlayıb. Məlum olduğu kimi, Palata özünü doğrultmadı və maliyyə sistemimizin vəziyyətini daha da ağırlaşdırdı. Buna görə də istisna deyil ki, Palata ümumiyyətlə ləğv olunacaq və vahid maliyyə qurumu yaradılacaq. Hətta ola bilər ki, Neft Fondu da həmin quruma qatılsın. Ləğv oluna bilməyən yeganə qurum Mərkəzi Bankdır. Yalnız ona görə yox ki, Konstitusiyamızda nəzərdə tutulan qurumdur, həm də ona görə ki, qlobal maliyyə sisteminin tərkib hissəsidir. Buna görə də vahid maliyyə qurumu məhz Mərkəzi Bank ola bilər. Bu baxımdan Rotşildlərlə sazişi yalnız Mərkəzi Bankın bağlaması təsadüfi olmaya bilər. Başqa məsələ ki, böyük ehtimalla yəqin ki, yenilənmiş Mərkəzi Banka artıq Elman Rüstəmov rəhbərlik etməyəcək. Çünki bir il sonra səlahiyyət müddəti də bitir. Belə olsa, bir neçə il sonra yeni manatlarda artıq onun imzası olmayacaq. Amma Rotşildlərlə sazişdə əbədi olaraq onun imzası qalacaq. Təki ölkəmizə xeyirli olsun".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR