Qərb təsisatlarının Ermənistanı Rusiyadan qoparmaq planları Və Moskvanın buna qarşı adekvat addımları

Ermənistanın Paşinyan hökumətinin siyasi səriştəsizliyi səbəbindən İrəvanla Moskva arasında yaranan sərinlik, hətta iki ölkənin əvvəlki illərdən fərqli olaraq əksər məsələlərdə ziddiyyətli mövqe ortaya qoyması indi işğalçı ölkə ilə yanaşı Kremlin də maraqlarına zidd hesab edilir. Düzdür, Moskvanın əlində İrəvana təsir göstərmək üçün kifayət qədər vasitələr var, ancaq hələlik Kreml sivil yolla İrəvanı öz uğursuz siyasətindən geri döndürmək istəyir. Rusiyanın Ermənistanla bağlı maraqları kifayət qədər çox olduğu üçün, hətta hər iki ölkənin qeyri-hökumət təşkilatları da bu prosesə cəlb edilib. Elə "Lazarev klubu"nun yaradılmasında da məqsəd bundan ibarət idi. Ənənəvi olaraq sözügedən klubun toplantıları Ermənistanda keçirilsə də, bu dəfə toplantının məkanı Rusiya Federasiyası oldu. Toplantıda Rusiya və Ermənistan Şurasının üzvləri Rusiya Dumasının MDB üzrə rəhbəri Konstantin Zatulin, Ermənistanın İctimai Şurasının rəhbəri Vazqen Manukyan, səfir Vladimir Kazimirov, Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan, Lomonosov adina Universitetinin TV üzrə yüksək məktəbin dekanı Vitaliy Tretyakov və s. nümayəndələri iştirak ediblər. Məlumat üçün qeyd edək ki, bu klub erməni əsilli Lazarev ailəsi adına təsis olunub. Politoloq Ramiyə Məmmədova deyir ki, klubun əsas məqsədi Rusiya ilə Ermənistanı həm ictimai, həm diplomatic, həm də iqtisadi-siyasi baxımdan daha da yaxınlaşdırmaq və Rusiyanın "nəzarəti" altından cıxmamaqdır: " Klubun çagırışlarından biri budur. "Rusiya və Ermənistan davamlı inkişafına qarşı xarici və daxili cətinlikləri aradan qaldırmaq üçün güclü olmalıdır". Təsadüfi deyil ki, Rusiya və Ermənistan müstəqilliyin bütün mərhələlərində bir-birini dəstəkləyiblər. Bu MDB-də, Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə iştirakla təsdiqlənir. Belə bir vəziyyətdə yalnız birgə, ikitərəfli və çoxtərəfli tədbirlər məhsuldar ola bilər". Toplantı zamanı ikitərəfli münasibət, diplomatik münasibətlər və sair məsələlər müzakirə olunub. İkinci toplantının martın 5-6 "İqtisadiyyat, investisiya və inteqrasiya. Rusiya ilə Ermənistan arasındakı iqtisadi əlaqələrin inkişaf perspektivləri" mövzusunda keçirilməsi barədə qərar qəbul edilib. Cox maraqlı faktlardan biri odur ki, Erməistanda baş tutan ilk toplantıya çox insanlar, yəni Ermənistanın keçmiş başcıları, hakimiyyətdə olan prezident və baş nazir Nikol Paşinyan, eləcə də Rusiyanın Ermənistandakı səlahiyyətli səfiri dəvət olunsalar da, keçmiş prezident Robert Köçəryandan başqa heç biri iştirak etməyib. Bunu müsahibəsində Konstantin Zatulin bildirib. Bildiyimiz kimi birinci toplantıda Zatulin Ermənistan rəhbərliyinə Rusiyanın urəyindən keçəni çatdırmışdı  və bildirmişdi ki, Ermənistan üçün ən yaxsı yol Rusiyayla münasibətini pozmamaq və yenə də Rusiyanın ona olan hər zamanki münasibətindən faydalanmaqdır. Lakin bu söz hakimiyyətdə olan bir çox nümayəndələrin, ən vacibi də Paşinyan tərəfdaşlarıının xoşuna gəlməmişdi. Yoxsa nəyə görə Nikol Paşinyanı şəxsən Zatulinin dəvət etməsinə baxmayaraq, toplanıtıda  iştirak etmədi. Demək ki, klubu təsis edən ictimai və siyasi elitada olan nümayəndələr Ermənistanın artıq Rusiyadan və onun siyasətindən getdikcə uzaglaşmalarını görərək Paşinyan və erməni xalqına basqı qurmağa çalışaraq "Sizin vəziyyətiniz heç də yaxsı olmaya bilər" mesajlarını artıq yüksək toplantılardan çatdırmağa çalışırlar. Zatulinin verdiyi müsahibədə qeyd edib:  "Ermənistanda siyasi hadisələrdən sonra hətta siyasətdən uzaq olanlara da aydın olmalıdır ki, rus və erməni xalqları arasında tarixi əlaqələrə, ümumi keçmişə baxmayaraq, geosiyasi rəqiblərimizin Ermənistanda aktiv olduğunu nəzərə almamaq mümkün deyil. Onlar Ermənistanın milli maraqlarına dair fikirlərini təqdim, müasir Ermənistanda Rusiyanı "məhv edilməsinə" çalışırlar. Yəni Rusiyanın bu gün Ermənistana əsasən qazandığı sovet nüvə elektrik stansiyası sayəsində Ermənistanın elektrik enerjisi ilə təmin edildiyi Ermənistanın əsas investoru olduğu qəbul edilir. İrəvanın qırılan Razdan AES şərtləri altında qaranlıqda yaşadığı günləri yaxşı xatırlayıram. Televiziya qülləsinin yamacında bütün ağaclar kəsildi, çünki evlər ağac ilə qızdırıldı. Bu günlərdə Qərb qeyri-hökumət təşkilatlarının, Soros və Karnegi fondlarının, digər təşkilatların erməni vətəndaş cəmiyyətinə təsirini azalda bilərik. Onlar, ilk növbədə, gənc nəsl üçün Ermənistanda müxtəlif qrantlar və proqramlar üçün davamlı bir tələbat yaradıblar. Amma bunun məqsədi cəmiyyəti hər hansı bir şəkildə şəxsi orbitinə cəlb etməkdir". Bu sözlərdən göründüyü kimi, Ermənistanda hakimiyyətdə kim olursa olsun Moskva üçün İrəvan vacib bir ölkədir. Bu ölkənin vasitəsi ilə regiondakı millətlərə ziyan vurmaq bahasına olsa belə Ermənistanın əl altında saxlanılması və bu regionda hegemonluq etməsi Rusiyanın qarşısında duran ən vacib geopolitik məsələdi. Ermənistan, və onun baş naziri Paşinyan Rusiyayla müxtəlif oyun oynamaga calışsa da, erməni əsilli "imkanlı" rus vətandaşları belə, Ermənistanın Rusiyasız heç bir gücə nail olmadıqlarını gün kimi bilirlər və tək qala biləcək Ermənistanın daha da pis vəziyyətə düşməsindən ehtiyat edirlər. Xüsusilə də İrəvanın Rusiyasız qonşuları olan türk dünyasına tab gətirə bilməyəcyini, əsas da Daqlıq Qarabağ münaqişəsində Azərbaycana uduzmamsından qorxurlar".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR