Əhalinin sosial rifah halının yüksəldilməsi dövlətin əsas prioritetidir

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onun aztəminatlı təbəqəsinin social rifah halının yaxşılaşdırılması daim dövlətin və xüsusilə də dövlət başçısının diqqət mərkəzində olan məsələlər sırasındadır. Müntəzəm olaraq dövlət başçısı tərəfindən atılan addımlar, imzalanan fərman və sərəncamlar da məhz bu məqsədə xidmət edir. Elə yanvarın 8-də imzalanmış minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bu məqsədə xidmət edir. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda minimum əmək haqqı müntəzəm olaraq qaldırılır və Prezident İlham Əliyev tərəfindən son illərdə bir neçə dəfə belə sərəncam imzalayıb. Bu da öz-özlüyündə dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlar kimi xarakterizə edilir. Eyni zamanda bu Azərbaycan iqtisadiyyatının inkişaf etdiyinin əyani sübutudur. Çünki ölkə iqtisadiyyatı inkişaf etməsə və büdcəyə əlavə gəlirlər daxil olmasa, minimum əmək haqqı və pensiyaların, eləcə də digər müavinətlərin artırılması mümkünsüz olar. Bu gün dünyanın əksər ölkələrində belə bir mənfi tendensiya müşahidə edilir ki, əmək haqqları və digər sosial ödənişlər iqtisadiyyatın durğunluq dövrü  keçirməsi səbəbindən aşağı salınır. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində, Avropada bu cür mənfi tendensiya baş verir. Ancaq Azərbaycanda tamamilə fərqli proseslər gedir ki, bud a düzgün idarəçilik və həyata keçirilən məqsədyönlü siyasətlə bağlıdır.

Elə əksər ekspertlər də bu qənaətdədirlər. İqtisadçı ekspert Rasim Süleymanlı da hesab edir ki, ölkədə minimum əmək haqqı və digər sosial müavinətlərin, pensiyaların artırılması ölkədə həyata keçirilən uğurlu sosial və iqtisadi siyasətlə bağlıdır: "Ümumiyyətlə, həyata keçirilən bütün tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Məlum olduğu kimi ötən gün isə Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.  Bu da dövlət başçısının əhalinin social rifah halının yaxşılaşdırılmasına nə dərəcədə diqqətlə yanaşdığını göstərirdi".

Rasim Süleymanlı deyib ki, ölkədə social sahədə təqdirəlayiq addımların atılması Azərbaycanın artan iqtisadi gücü və qüdrəti ilə bağlıdır: "İldən-ilə dövlət büdcəsinin artması, həyata keçirilən irimiqyaslı layihələrdən gələn gəlirlər bizə imkan verir ki, socsal sahəni əhatə edən addımlar ataq, tədbirlər görək. Bir müddət əvvəl dövlət başçısının şəhid olmuş şəxslərin ailə üzvləri və onların vərəsələrinə birdəfəlik müavinət verilməsi ilə bağlı atdığı addım da məhz yuxarıda qeyd etdiklərimizin bariz nümunəsidir. Göründüyü kimi Azərbaycanın iqtisadi qüdrəti, potensialı artdıqca, vətəndaşlarımızın social rifah halı da yüksəlir. Təsadüfi deyil ki, dövlət büdcəmiz də əsasən sosialyönümlü büdcə kimi xarakterizə edilir".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR