"Makron qondarma erməni “soyqırımı”nın yox, “sarı jiletlilər”in dərdini çəksin"

"Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi hamıya bəllidir".

Bunu millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat bildirib ki, Makronun Ermənistana son səfəri zamanı sərgilədiyi davranışı, düşmən ölkədə cinsi azlıq nümayəndələri ilə səmimi görüşü və səsləndirdiyi fikirlər onun qeyri-ciddi siyasətçi olduğunu göstərir: 

"Yaxşı olar ki, Makron qondarma erməni "soyqırımı"nı Fransanın hər yerində qeyd etmək əvəzinə ölkəsini bürüyən "sarı jiletlilər" etiraz aksiyasının dərdini çəksin, onların problemlərini həll etsin. Fransa bu gün çox ciddi böhran və sarsıntılar yaşamaqdadır. Makron hər il qondarma erməni "soyqırımı"nı qeyd edəcəyini bəyan edir. 

Fransa prezidentinin özünün gələn il hakimiyyətdə qalıb-qalmayacağı şübhə altındadır. Ancaq yüz il əvvəl əslində baş verməmiş uydurma bir hadisəyə münasibət bildirir. Əgər o, həqiqətən də obyektiv siyasətçidirsə, o zaman fransız tarixçilərin də tərkibində olduğu bir komissiya yaratsın və bütün arxivlər açılsın. O zaman məlum olar ki, türklər ermənilərə qarşı, yoxsa, əksinə ermənilər türklərə qarşı "soyqırım" siyasəti həyata keçiriblər".

Parlamentarinin sözlərinə görə, Makron yaxşı bilir ki, onun hakimiyyəti laxlayıb və sosial dayaqları çöküb: 

"O, bir siyasətçi olaraq perspektiv vəd etmir. Bu baxımdan Fransadakı erməni lobbisinin gücündən istifadə edərək laxlamış səltənətini bərpa etməyə çalışır. Xatırlayırsızsa, ondan qabaqkı prezidentlər də şəxsi maraqları naminə erməni soyqırımı ilə bağlı uzağa gedən addımlar atmaq istəyiblər. Makronun da populist bəyanatı ilk növbədə ölkəsində güclü erməni mafioz qruplaşmaların dəstəyini almağa yönəlib. Ancaq bunların heç bir nəticəsi olmayacaq. Türkiyənin də məsələ ilə bağlı qətiyyətli mövqeyi ortadadır. Hesab edirəm ki, tarixdə Makronlar qalmayacaq, qalan Türkiyə ilə Fransanın strateji münasibətləri olacaq".

sherg.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR