"Dağlıq Qarabağ münaqişənin nizamlanmaması müharibə riskini artırır"

"Bilirsiz ki, Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü planlaşdırılır. Bundan əvvəlki görüşlər Moksvanın iştirakı olmadan reallaşıb. Rusiya tərəfi xarici işlər naziri Sergey Lavrovun əli ilə təşəbbüsü öz əlinə almağa çalışır".

Bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitik bildirib ki, belə görüşlərdə ATƏT-in Minsk Qrupunu təmsil edən bütün ölkələrin xarici işlər nazirlərinin iştirak etməsi çox yaxşı olardı:

"Reallıq odur ki, münaqişənin tənzimlənməsində əsasən Rusiya və ABŞ-ın mövqeləri və fəaliyyəti mühüm rol oynayır. Buna görə də iki həmsədr dövlətin prosesdə aktiv olması çox vacibdir. Təbii ki, ilk növbədə Ermənistanın yeni hakimiyyətinin özü kompramisə hazır olmalıdır. 

Lakin müasir beynəlxalq münasibətlərdə münaqişələrin tənzimlənməsində böyük güclərin rolu danılmazdır. Son zamanlar ABŞ tərəfindən münaqişə ilə bağlı Ermənistana obyektiv olmaq tövsiyyə olunur, hətta konkret işğal edilmiş ərazilərdən çıxmaq şərti irəli sürülür. Bu kimi tələblərin Minsk Qrupunun digər ölkələri tərəfindən də irəli sürülməsi yaxşı olardı. 

Dünyada yeni qütbləşmə gedir, çoxqütblü mərkəzlər yaranır və yeni beynəlxalq münasibətlər sistemi formalaşır. Bunları nəzərə alan böyük ölkələr bölgədə sülhün bərqərar olmasının zəruriliyini anlayırlar. Çünki münaqişənin nizamlanmaması getdikcə müharibə riskini artırır ki, bu da böyük dövlətləri üz-üzə qoya bilər".

sherg.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR