Prezident hər zaman xalqın yanındadır

Uğurlarımızın kökündə xalqla iqtidarın birliyi dayanır

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və humanitar siyasət ölkə əhalisinin firavanlığına hesablanıb. Dövlət başçısının ölkədə baş verən istənilən sosial-siyasi, mədəni hadisələrə dərhal reaksiya verməsi insanlarda ruh yüksəkliyi yaradır, dövlətə, dövlət başçısına rəğbətin artmasına səbəb olur. Xüsusən, texnogen və tektonik hadisələr zamanı insanlara dəyən ziyanın aradan qaldırılması, təbii fəlakətdən zərər çəkmiş insanlara maddi və mənəvi dəstəyin verilməsi barədə göstəriş verməsi vətəndaşların dövlətə inamını daha da artırır. Məlumat üçün qeyd edək ki, dövlət başçısı  İlham Əliyev prezidentliyi dövründə təbii fəlakətdən ziyan çəkmiş insanlara dəstək olduğunu öz əməli fəaliyyəti ilə dəfələlə sübut edib. Belə ki, vaxtilə Kür və Araz çaylarının daşması nəticəsində bölgələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi tədbirləri razılıqla qarşılayanmışdı. Çünki, dövlət başçısının göstəriş və tapşırırqları əsasında evləri dağılan vətəndaşlar üçün yeni mənzillər tikilib istifadəyə verilmişdi.

Həmçinin yaxın və uzaq ölkələrdə baş verən təbii fəlakətlər zamanı prezident İlham Əliyevin göstərişi ilə geyim, ərzaq, dərman preparatları, çadırlar və sair mal və materiallarla yüklənmiş maşın karvanları köməyə çatıb. Bu isə o deməkdir ki, təbii fəlakət nəticəsində evləri uçmuş vətəndaşlara maddi və mənəvi dəstək göstərmək dövlət başçısının təbiətinə xas olan xarakterdir. Bu xüsusiyyət xalqına ehtiram olan bir liderin mənəvi, əxlaqi dəyərlərindən qidalanır. Çətin gündə vətəndaşların yanında olmaq, evlər dağılmış insanları tikinti materialları ilə təmin etmək maddi və mənəvi dəstəyin bariz nümunəsidir. Fakt isə ondan ibarətdir ki, Azərbaycan prezidentinin ölkə vətəndaşları ilə bağlı atdığı addımlar ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Ona görə ki, prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində modernləşmə və islahatlar xətti davam etdirilib, dərin konseptual əsaslara söykənən və bütün sahələri əhatə edən proqamlar uğurla icra olunub.  Nəticədə vətəndaşlara dövlət diqqəti və qayğısı daha da gücləndirilib.

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər. Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. Zəlzələ bölgəsində şəxsən olan Prezident İlham Əliyev  Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Ölkədə baş verən təbii fəlakətlə bağlı dövlət başçısının operativ reaksiyası, zəlzələnin nəticəsində insanlara dəyən ziyanın aradan qaldırılması məqsədilə verdiyi göstərişlər, sərəncamlar, özünün şəxsən Şamaxı şəhərinə səfəri, xalqın içində olması onu göstərir ki, prezident İlham Əliyevin bütün fəaliyyəti, siyasəti vətəndaşların təhlükəsizliyinə, əmin-amanlığına, sosial durumunun yüksəlməsinə, maddi-rifahının yaxşılaşmasına yönəlib. Sadalanan faktlar deməyə əsas verir ki, xalqın birmənalı seçiminin Prezident İlham Əliyev olması təsadüfi deyil. Çünki prezident hər zaman xalqın yanınadır və onların qayğıları ilə yaxından maraqlanır. Dövlət başçısının şəhid ailələri, hərbi qulluqçular, gənclər və digər kateqoriyadan olan vətəndaşlarla görüşü bunu bir daha təsdiq etmiş olur.

Məlumdir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl sosial-iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Ümumiyyətlə, sadalanan möhtəşəm nailiyyətlər deməyə əsas verir ki,  İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik mövcuddur. Prezident İlham Əliyevin təbirincə desək, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR