Parisdən növbəti ermənipərəst addım

Yaxud xalqdan uzaq düşən Makron erməni lobbisinin ümidinə qalıb

Zaman-zaman ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa tərəfindən işğalçı Ermənistanın maraqlarına uyğun olan addımlar atılır, bu ölkə açıq şəkildə himayə edilir. Və bir qayda olaraq rəsmi Parisin bu mövqeyində hər zaman türk düşmənçiliyi özünü büruzə verir. Bir neçə il əvvəl Fransada qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanın nəzərdə tutulmasının bu ölkənin qanunverici orqanında müzakirəyə çıxarılması, həmin tarixin Fransada hər il geniş şəkildə qeyd edilməsi və s. fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə Paris daha bir addımı ilə ermənipərəstliyini ortaya qoyub. Belə ki, 24 aprel tarixinin "erməni soyqırımını anma günü" kimi qeyd edilməsi təşəbbüsü irəli sürülüb.  Məsəəyə münasibət bildirən politoloq Ramiyə Məmmədova deyib ki, Fransanın və onun rəhbərinin türk dünyasına etdiyi səhvlər getdikcə artıq təhqir formasını almağa başlıyıb. Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun 24 apreli "Ermənilərin soyqırımı anma günü" elan etməsi və bunun da Türkiyə Prezidentinə bildirərək ultimatum şəklində deməsi həm Fransa-Türkiyə, həm də Fransa -Azərbaycan münasibətlərinin bilərəkdən gərginləşdirilməsi kimi qiymətləndirirlə bilər: "Fransanın bu cətin günlərində, cəmiyyətin Makrona göstərdiyi etimadın boşa cıxdığı və Fransa milləti ilə Makronun və onun siyasətinin üz-üzə gəlməsi zamanı bütün olanlardan fikir yayındırmaq və özünə dəstək olaraq Fransa ermənilərinin və erməni lobbisini dəstəyini seçərək siyasi oyuna əl atması onun türk millətinə qarşı olan qərəzliliyini bir daha sübüt etdi. Əlbəttəki Makronun erməni lobbisi tərəfindən dəstəkləndiyini bilirik və seçki zamanı onlara verdiyi sözü tutmasını ermənilərin tələb etməsi də doğal haqlarıdır. Lakin verilən hər bir sözün gələcəkdə hansı nəticələrə gətirməsini dövlət başcısı olaraq düşünməsi onun birbaşa vəzifəsidir. Amma göründüyü kimi Makronu bu heç narahat etmir və o, Ermənistana görə ondan daha güclü və strateji baxımdan lazım olan ölkələrlə münasibətini pozmağa hazırdır. Ya da ən vacibi Makronu nə Fransa, nə də onun xarici siyasəti maraqlandırmır, o sadəcə öz dərdindədir ki, hakimiyyətdə qalsın və bunun üçün maddi dəstək alsın. Demokrat adını daşıyan və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasını bildirən Fransa bü gün ozüdə antidemokratik və beynəlxalq hüquq normalarını və ən əsası da etik normaları pozaraq illərdir türklərə qarşı soyqırım törədən ermənilərə dəstək cıxır. Bu həqiqətəndə bütün türk dünyasına və türklərə həqarətdir". Politoloq deyib ki,  Fransanın bu qədər qərəzli mövqeyi elə Dağlıq Qarabağ münaqişəsində də öz rolunu az oynamır: "Belə ki, illərdir bu münaqişənin həllinə calışan Azərbaycan və bu sahədə hər zaman "güya" hüquq normalarını və "düzgünlüyü" deyən Avropa Birliyinin öndə gedən ölkələrinidən birirnin ermənilərə açıq aşkar dəstək verməsi və onların illərdir azərbaycanlıların başına qətirdikləri oyunların, törətdikləri soyqırımların ən sonunda da, Xocalı soyqırımının qörməməkdən gəlməsi əlbəttəki bu münaqişənin uzanmasına və regionda sülhə qətirməyəcəyinə dəlaət edir. Minsk Qrupunu dəyişdirərək və Fransanın qərəzli mövqeyini bildirərək bu qrupu tərk etməsi artıq bizim üçün çox vacib məsələlərdən birinə çevrilməsii və tələb edilməsi ən doğal haqqımızdır. Fransanın bu addımından sonra ona olan münasibətin dəyişməyəcəyi mümkün deyil. Eyni zamanda regionda baş tutan layihələrdən kənarda qalmamağa çalışan Parisə nə dərərcədə etimad göstəriləcəyi sual doğurur. Cünki bu layihələrin hər birinin başında bü gün "təpik" atdığı Azərbaycan və Türkiyə durur".

Müstəqil ekspert Kənan Paşayev isə deyir ki,  24 aprel tarixinin Fransada matəm günü elan olunması bu ölkənin ermənipərəst mövqeyini bir daha sübut etdi: "Fransa Avropada ən böyük erməni icmasının yaşadığı ölkədir. Bu da onu göstərir ki, erməni lobbisinin ölkədəki hadisələrə təsiri az deyil. Fransa eyni zamanda "erməni soyqırımını" 2001-ci ildə Avropada ilk tanıyan ölkələrdəndir. Makronun atdığı son addımın səbəbi isə açıq-aydın məlumdur ki, ölkəsində baş verən hadisələrdir. Ancaq tarixi hadisələri siyasi fürsətə çevirməklə ölkəsindəki problemləri həll etmək cəhdi Fransa kimi böyük bir dövlətin başçısı üçün biabırçı vəziyyətdir. Deməli Fransadakı daxili böhran o həddə çatıb ki, ölkə başçısı çıxış yolunu erməni lobbisinin dünyadakı mövqeyindən istifadə etməkdə görür". Ekspert deyib ki, bu cür aciz bir dövlətin Dağlıq Qarabağ probleminin həllində həlledici mövqe tutması isə münaqişənin uzanmasında bilavasitə rol oynayır: "Fransanın ermənipərəst mövqeyini də nəzərə alsaq, təcili şəkildə bu dövlət ATƏT-in Minsk qrupunun həmsədr ölkələri arasından çıxmalıdır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR