İTV-də inanılmaz: erməni-azərbaycanlı dostluğu - Video

Ermənistan İctimai Televiziyası "Keçmişin dostluğu və bu günün düşmənçiliyi" başlıqlı reportaj təqdim edib.

Reportajda ermənilərlə azərbaycanlılar arasında Qarabağ müharibəsindən əvvəlki əlaqələr və gələcəkdə bu dostluğun bərpasından bəhs olunub. Televiziya hazırladığı reportajda xüsusi olaraq Tavuş vilayətinin sərhədyanı Aygepar kəndinin sakinlərini danışdırıb. Reрortajda erməni kəndinin sakinləri sovet dövründə Azərbaycanın Əlibəyli kəndinin sakinləri ilə necə dostluq əlaqələri qurmalarından bəhs ediblər.

Reрortajda həmçinin iki xalq arasında münasibətlərin bərpasına nümunə kimi gürcülərlə osetiyalılar arasındakı əlaqə göstərilib. Jurnalist hazırladığı reportajında həmçinin Qarabağ konfliktini "ərazi konflikti" də adlandırıb.

Qeyd edək ki, erməni tərəfi indiyə qədər Qarabağ konfliktini etnik münaqişə kimi göstərməyə çalışır və bununla Azərbaycan ərazisində erməni ordusunun mövcudluğu məsələsini diqqətdən yayındırmağa çalışır.

Bundan öncə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdən sonra hər iki tərəf xalqlarını sülhə hazırlamaq barədə bəyanat yayıb.

kult.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR