“ Zaxarova unudur ki, 1 milyondan çox soydaşımız qaçqın vəziyyətindədir”

" Rusiya iqtidarında belə insanlar var. Mariya Zaxarova dəfələrlə bu cür arzuolunmaz açıqlamalar verərək müxtəlif ölkələrdə  böhranlı vəziyyət yaradıb. Ancaq hörmətli mətbuat katibi unudur ki, 1 milyondan çox soydaşımız qaçqın vəziyyətindir və 25 ildən çoxdur ki, öz doğma yurd-yuvasına dönə bilmir. Yada salaq ki, Dilqəm Əhmədov Rusiya vətəndaşıdır və qanunsuz olaraq ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülüb. Niyə ATƏT-in Mins Qrupu olaraq bu məsələyə münasibət bildirilmir?"

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Zeynal Əmrəliyev, Rusiya Federasiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə buraxılmaması iə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O, Azərbaycanın multikulturalizm cəhətdən dünyaya nümunə olduğunu qeyd edib:

"Cənab prezidentin bu məsələdə tutduğu mövqe hər kəsə bəllidir. Hər bir millətə ölkəmizdə rahat yaşaması üçün şərait yaradılıb. Xarici ölkə vətəndaşları Azərbaycanda qanun çərçivəsində istənilən kimi hərəkət edir. Ölkəmizdə rusdilli məktəblər var və soydaşlarımız bu məktəblərdə rahat orda təhsil ala bilir. Bizim siyasətimiz bəllidir. Dövlət başçımızın  tutduğu düzgün və obyektiv siyasət də bunu göstərir".

Ekspert vurğulayıb ki, M. Zaxarovanın "Azərbaycan bu vəziyyəti duzəltməlidir" cümləsi xüsusilə əsasız bir cümlə idi: "Düzəldəcəyimiz heçnə yoxdur. Bizim mövqeyimiz doğru, siyasətimiz isə açıq-aşkardır. M. Zaxarovanın açıqlamasına Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri  Leyla Abdullayeva çox gözəl münasibət bildirdi. O, mövcud vəziyyəti ətraflı izah edib. Bizim 25 illik bir problemimiz var. Qarşıdan Xocalı soyqrımının ildönümü gəlir. Bütün bu məsələləri nəzərə almaq lazımdı".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR