MM-in komitələrinin səlahiyyəti artırılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisə illik məlumat verəcək. "Olaylar" xəbər verir ki, bununla bağlı "Milli Məclisin komitələri haqqında" Qanuna dəyişiklik təklif edilir. Dəyişikliklərdə Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulub. Sənəddə göstərilib ki, Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur. Həmçinin, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR