Kreml görüşü: Putin Paşinyana dəstək verməyəcək... – Şərh

Sankt-Peterburqda Putinlə Paşinyan arasında ikitərəfli görüş keçirilə bilər.

Bu sözləri  Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal toplantısı çərçivəsində Rusiya və Ermənistan rəhbərlərinin görüş ehtimalını dəyərləndirən politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, MDB dövlət başçıları arasında ikitərəfli görüşlər reallaşsa da, bu, geniş tərkibdə olmayacaq:

"O cümlədən Sankt-Peterburqda Putinlə Paşinyan arasında da ikitərəfli görüş keçirilə bilər. Əslində, bu görüşlərin seçkidən öncə keçirilməsi tamamilə təsadüfdür. Ancaq istənilən halda bu görüşün Ermənistanın daxilində gedən proseslərə və növbədənkənar parlament seçkisinə heç bir təsiri olmayacaq, formal xarakter daşıyacaq. Ona görə də bu görüşdən nəsə gözləmək olmaz".

Millət vəkili Rasim Musabəyov isə ümumiyyətlə belə bir görüşün olacağını düşünmür:

"Çünki nə Putin seçkilərlə bağlı Paşinyana dəstək vermək istəyir, nə də Paşinyanın buna ehtiyacı var. Böyük ehtimalla, hər iki tərəf məsafə saxlayacaq və ümumiyyətlə mümkün qədər belə bir görüşdən qaçmaq istəyəcəklər. Bu görüş baş tutsa belə, onun hansısa nəticəsi olmayacaq".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşünü keçirəcək. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan artıq Sankt-Peterburqadır.

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR