Qərb ölkələri öz silah bazarını Azərbaycanın üzünə açıb

Rusiya Cənubi Qafqazda silah bazarında sıxışdırılır

Zaman-zaman Rusiya region ölkələrinin Qərbə, Birləşmiş Ştatlara meyillənməsi, yaxud ayrı-ayrı respublikaların adıçəkilən güc mərkəzləri ilə yaxından əməkdaşlıq etməsinə qarşı öz adekvat addımlarını atıb, təsir imkanlarından istifadə edib. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Qərbin əli ilə hakimiyyətə gətirilməsindən sonra bu ölkəyə qarşı başladığı müharibə və 2008-ci ilin avqustunda yaşanan olaylar məhz rəsmi Tbilisini Qərbə meyillənməkdən yayındırmaq məqsədi daşıyırdı. Yaxud aprel inqilabından sonra Ermənistanda formalaşan Paşinyan hökumətinin Qərbə meyillənməsinə qarşı olaraq Moskvanın Ermənistandakı Rusiya meyilli siyasiləri hərəkətə gətirməsi, İrəvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə cəzalandırması Rusiyanın adekvat addımlardan, təsir imkanlarından biri kimi xarakterizə edilə bilər. Qeyd etmək lazımdır ki, zaman-zaman Azərbaycan da şimaldan bu kimi təsir və təzyiqlərlə üzləşib. Rəsmi Bakı balanslaşdırılmış siyasət yürüdərək yaxın və uzaq qonşıuları ilə yanaşı, Qərb, Avropa, Birləşmiş Ştatlarla əməkdaşlığı daha da inkişaf etdirən zaman Kreml ölkəmizə qarşı təsir imkanlarını işə salıb. Yaxın tariximizdə bir neçə dəfə belə bir acı təcrübənin əyani şahidinə şevrilmişik. Hazırda da Rusiya Federasiyası Azərbaycana qarşı öz təsir imkanlarından istifadə etməkdədir. Yenə də əsas məqsəd rəsmi Bakının Avropa, Qərblə münasibətlərinin inkişaf etdirilməsinə maneçilik törətməkdir. Bu dəfə Azərbaycanın Birləşmiş Ştatlar və Fransa ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək cəhdi Rusiya Federasiyasında ciddi narahatçılıq doğurub. Rusiyanın narahatçılığı iki amillə bağlıdır. Birincisi, Azərbaycanın hərbi potensialının daha da artması və Kremlin forpostu olan Ermənistan üzərindəki hərbi üstünlüyü, ikincisi, Fransa və Birləşmiş Ştatlarla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin nəticəsi olaraq NATO-nun Rusiyanın sərhədlərinə doğru yaxınlaşması. Ekspertlər hesab edirlər ki, məhz bu iki amildən dolayı Rusiya Azərbaycana qarşı növbəti təsir vasitələrindən istifadə edir.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın "Bal-E" sahil mənzilli raket komplekslərini Azərbaycana satmaqdan imtina etməsi, ölkəmizin Fransa və Birləşmiş Ştatlarla hərbi-texniki əməkdaşlığına cavab reaksiyası ola bilər. Onun sözlərinə görə, Rusiya Azərbaycana "S-300" raketlərindən başqa , digər müasir raket sistemləri satışını həyata keçirmir: "Yalnız ənənəvi artilleriya sistemləri və tırtıllı zirehli texnikaların satışına üstünlük verib. Hazırda Azərbaycanın hərbi arsenalında bu kimi silah növləri kifayət qədər olduğundan artıq alınması məqbul hesab edilmir. Bundan əlavə, yerli müdafiə sənayesində, bu qəbildən silahlarln istehsal olunması bu kimi silahların alınmasına ehtiyac qalmır. Azərbaycana artıq ballistik raketləri lazım olduğu üçün ixraca üstünlük verir.  Bir məsələni qeyd edim ki, Rusiyanın müasir raket sistemlərinin alınması barədə əvvəlcədən bağlanmış razılaşmanın ziddinə olaraq, Moskvanın bu raketin satışından imtinası Azərbaycanın bir növ maraqlarına cavab verir. Buna görə Azərbaycan Rusiyanı birtərəfli olaraq müqaviləni pozduğuna görə beynəlxalq məhkəməyə də verə bilər. Moskvanın bu qərarı, Azərbaycan silah diversifikasiyasını genişləndirərək, Qərbin keyfiyyətli yeni nəsil raket sistemlərini idxal etməsini stimullaşdıracaq.  Göründüyü kimi Rusiya öz müasir hərbi raketlərini hətta ilkin razılaşmaya rəğmən satışından imtinası, Azərbaycanın alternativ imkanlarını genişləndirməklə, Moskva ilə hərbu-texniki əməkdaşlığı zəiflədəcək. Bundan sonra Azərbaycan Moskva ilə silah ticarətini sıfıra endirməli, bu ölkənin təklif etdiyi kiçik çaplı artilleriya silahlarından imtina etməlidir".

Politoloq deyib ki, Azərbaycan tərəfinin "BAL-E" raket sistemini almasından imtina etməsi də istisna edilməməlidir: "Çünki, Rusiya bu raket kompleksinin ətrafında elə lazımsız silahları yüksək qiymətə Azərbaycan tərəfinə şərt kimi təklif edir ki, alınmasını nəticədə rəsmi Bakı bundan imtina edib. Nəticə nə olur, olsun artıq Qərb ölkələri öz silah bazarını Azərbaycanın üzünə açıb. Artıq, Qərb Rusiyanı Cənubi Qafqazda silah bazarında sıxışdırmağa başlayıb".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR