Dekabrın 7-si Azərbaycan Parlamentinin yaranması günüdür

Dekabrın 7-si Azərbaycan Parlamentinin yaranması günüdür. 1918-ci ilin dekabrın 7-də, saat 13:00-da məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin o vaxtkı Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.  Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Bu parlamentin ömrü cəmi iki il çəkib. "Olaylar" xəbər verir ki,

dekabrın 7-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 21 məsələ daxildir. Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin yaranmasının 100 illiyi ilə əlaqədar yubiley iclası keçirilməsini təklif etmişdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR