Şirvanda da vəkillər üçün yer ayrılıb

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Azərbaycan Respublikasının regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. "Olaylar" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, sevindirici haldır ki, Şəki və Sumqayıt şəhərləri ilə yanaşı, artıq Şirvan şəhərində də Kollegiyaya müvafiq sahə ayrılmışdır. Həmin sahələr qısa zamanda bütün tələblərə cavab verən vəziyyətdə vəkillərimizin istifadəsinə veriləcək. Kollegiya sədri qeyd edib ki, aylarla aparılan müzakirələrin, danışıqların, yazışmanın müsbət nəticəsini görmək çox sevindirici haldır: "Yeni sahələrin müddətsiz və əvəzsiz qaydada Vəkillər Kollegiyasına ayrılmasını xüsusilə vurğulamaq istərdim, dövlət əmlakından istifadə üzrə isə bu cür şərtlər vəkilliyin tarixində heç vaxt olmamışdır və əslində dövlətimizin vəklliyin inkişafına göstərdiyi münasibətin ən bariz nümunəsidir. Bu xoş xəbər münasibətilə bütün vəkillərimizi ürəkdən təbrik edir, başda möhtərəm Cənab Prezident İlham Əliyev olmaqla hökümətimizə Vəkillər Kollegiyası adından dərin minnətdarlığımızı bildiririk!!!"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR