Elmar Məmmədyarov İtaliyanın Lombardiya regionunun prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana ilə görüşüb.

"Olaylar" XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub. Nazir Elmar Məmmədyarov son illərdə Azərbaycan və İtaliya arasında münasibətlərdə intensivliyin müşahidə olunduğunu, bu xüsusda cari ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri vaxtı Prezident İlham Əliyevlə apardığı müzakirələri xatırladıb, habelə səfər zamanı dövlət başçılarının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer" layihəsi çərçivəsində operativ qərargahı Milanda yerləşən "Maire Tecnimont" şirkəti tərəfindən inşa edilən polipropilen zavodunun açılışının keçirildiyini bildirib. Azərbaycanın inkişaf strategiyası, prioritet inkişaf istiqamətləri, ölkəmizin təşəbbüsü ilə reallaşan regional və beynəlxalq layihələr, o cümlədən Cənub Qaz Dəhlizi barədə məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanla daha yaxından tanış olmaq və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün A.Fontananı regiondan olan iqtisadi və elmi-akademik qurumların nümayəndələrinin müşayiəti ilə ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Lombardiya regionunun prezidenti yaxın müddətdə geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR