"Prezident "Rossiya-24" telekanalına müsahibəsində bir çox mesajlar verdi"

Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində bir çox mesajlar verdi. Müsahibəni Azərbaycanın inkişaf konsepsiyasının bəzi ideya prinsiplərinin nümayişi də adlandırmaq olar". Bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin müsahibə zamanı ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində söylədiyi fikirlər müasir böhranlardan rifaha çıxış yolları axtaran xalqlar və dövlətlər üçün dəyərli ola bilər.

Ekspert vurğulayıb ki, ölkə başçısının müsahibə zamanı söylədiyi ən maraqlı fikirlərdən biri yeni iş yerlərinin yaradılmasının iqtisadi və demoqrafik inkişafa uyğunlaşdırılması ilə bağlıdır: "Azərbaycan Prezidenti bununla yeni iş yerlərinin yaradılması konsepsiyasının iki mühüm və zəruri hədəfini göstərdi. Birincisi, cəmiyyətin indiki nəslinin işlə təminatını fasiləsiz prosesə çevirmək, ikincisi isə sabahkı insanlarımızın əmək qabiliyyətli həddə çatdığı an üçün hazır iş yerləri yaratmaq. Prezident 20-30 il sonrakı insanlar üçün iş yerlərindən danışanda məhz bu məqamı nəzərdə tutdu".

Ekspert qeyd edib ki, müsahibə zamanı dövlət başçısının Azərbaycana gələn turistlər arasında rusların üstünlük təşkil etdiyi barədə fikrinə sadəcə statistika həvəskarlarının marağına cavab verən fakt kimi baxmaq olmaz: "Prezident burada strateji relslər üstündə dönməz hərəkət sürəti almış Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması barədə mühüm bir mesaj verdi. Mesajın mahiyyəti budur ki, münasibətlər təkcə hökumətlər səviyyəsində yox, həm də cəmiyyətlər və insanlar arasında, iqtisadi, siyasi, humanitar, mədəni və əlbəttə ki, turizm sahəsində yaxınlaşır".

A. Quliyev əlavə edib ki, müsahibə zamanı düşmən Ermənistana verilən mesajın tam ağırlığını da duymaq mümkündür: "Rusiyadan qopa, Qərbə birləşə bilməyən Ermənistanın indiki ümidsiz vəziyyətində bu mesajların nə qədər təsirli olduğunu bilmək lazımdır. Rusiya dövlətinin regionda ən etibarlı tərəfdaş kimi Azərbaycanı görməsinin ardınca rus turistlər də ən rahat, ən təhlükəsiz ölkə kimi Azərbaycanı seçirlər. Ermənistanda rus millətindən olanların ətrafında düşmən obrazı yaradıldığı, hətta rusların bir erməni qadınının qətlində ittiham edildiyi vaxtda rus turistlər ən rahat ölkə kimi Azərbaycana axışırlar. Prezident Əliyevin mesajındakı ağırlıq məhz bu fərqi aydın göstərməsindədir".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR