Diaspor təşkilatlarının koordinasiyası ölkəmizin beynəlxalq gücü deməkdir

Bu gün xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra ən çox töv­si­yə edi­lən mə­sə­lə­lər­dən bi­ri də ko­or­di­na­si­ya-əlaqələndirmə işinin gücləndirilməsidir. Diasporla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə davamlı işlər görür. Komitənin müəyyənləşdirdiyi yeni strategiya diasporlarımız tərəfindən də dəstəklənir və təşkilatlar birgə fəaliyyətlə bağlı razılığa gəlirlər. Artıq bir öl­kə daxi­lin­də ay­rı-ay­rı­lıq­da fəaliy­yət gös­tə­rən ic­ma və qu­rum­la­rın ko­or­di­na­si­ya şuraları yaradılır, həmçinin dias­por təş­ki­lat­la­rı­nın qi­tə­lər üz­rə bir­ləş­di­rilərək əlaqələndirilməsi də nəzərdə tutulur. Xatırladaq ki, son bir ne­çə ay ər­zin­də Alma­ni­ya, Fran­sa, İs­veç­rə, İsveç, Hollandiya, Belçika kimi iri döv­lət­lə­r­də Azərbaycanlıların Ko­or­di­na­si­ya Şu­ra­la­rı ya­ra­dılıb. Soydaşlarımızın və eləcə də ictimaiyyət nümayəndələrinin rəyinə görə, yeni təşkilatlanma prinsipi diaspor fəaliyyətinin can­lan­masına əlavə stimul verib. Belə ki, Koordinasiya Şuraları soydaşlarımız, eləcə də diaspor təşkilatları arasında inteqrasiya meyllərini gücləndirəcək, daha yaxşı əla­qə­ləndir­ilməklə onların daha məqsədyönlü, konsrtuktiv və aktiv fəaliyyətini təmin edəcəkdir.

Ən son yaradılan Skandinaviya Azərbaycanlıları Koodrinasiya Şurası İsveç, Norveç, Finlandiya və Danimarkadakı azərbaycanlıları birləşdirəcək, diaspor təşkilatlarınınfəaliyyətini koordinasiya edəcək. Şuranın təsis edilməsi ilə əlaqədar keçirilən konfransda vurğulanıb ki, hansı ölkədə yaşayıb işləməsindən asılı olmayaraq hər bir azərbaycanlı ölkəmizin milli maraqlarına, dövlət məsələlərinə diqqətlə yanaşmalı və vətənimizin ümumi reallıqlarının təşviq olunmasında, tanıdılmasında əlindən gələni etməlidir.

Skandinaviya regionunda fəaliyyət göstərən diaspor üzvlərini həmrəy olmağa çağıran Dövlət Komitəsinin sədri deyib: "Bizim məqsədimiz hər bir ölkədə, ümumi diaspor məsələləri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi və yerlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha da güclənməsindən ibarətdir. Bunun üçün isə dünyadakı bütün azərbaycanlıların azərbaycançılıq ideyasını rəhbər tutaraq birləşdirilməsi vacibdir". Ko­mi­tə rəh­bə­ri qeyd edib ki, yal­nız ko­or­di­na­si­ya olu­nan bir­gə fəa­liy­yət, təş­ki­lat­la­rın bir-bi­ri və Döv­lət Ko­mi­tə­si ilə sıx əmək­daş­lı­ğı nə­ti­cə­sin­də hə­dəf­lə­rə çat­maq müm­kün­dür.

Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­la­rı­nı for­ma­laş­dı­ran soy­daş­la­rı­mız bu qu­rum­la­rın ya­ran­ma­sı ilə Azər­bay­can di­as­po­run­da ye­ni mər­hə­lə­nin baş­lan­dı­ğı­nı eti­raf edir­lər. Soy­daş­la­rı­mız bu şu­ra­la­rı Azər­bay­can di­as­po­ru­nun həm­rəy­lik nü­ma­yiş et­dir­mə­si, ye­ni me­tod­lar­dan is­ti­fa­də et­mə­si döv­rü ad­lan­dı­rır. On­la­rın fik­rin­cə, di­as­por sa­hə­sin­də tət­biq edi­lən ye­ni me­tod­lar tezliklə lob­bi quruculuğunda da özünü göstərəcək. Gənc­lə­ri­mi­zin yer­li par­ti­ya­la­ra üzv ol­ma­sı­nın ak­tu­al mə­sə­lə­yə çev­ril­di­yi­ni və gün­dəm­də ol­du­ğu­nu de­yən xaircdəki azərbayanlılar hesab edir ki, əsas hədəflərdən biri də yerli cəmiyyətə in­teq­ra­si­ya­nın dinamikliyidir.

Dövlət Komitəsinin nümayəndə heyəti İsveçə səfəri çərçivəsində bu ölkənin siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüşündə də Skandinaviya regionunda yaşayan həmyerlilərimizin siyasi təşkilat və partiyalara uğurlu inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Dövlət Komitəsinin sədri Azərbaycan icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyasına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm verilməsinin vacibliyini bildirib. Bu mənada İsveçdəki azərbaycanlıların qazandıqları uğurların təqdirəlayiq olduğu vurğulanıb, diaspor hərəkatının keyfiyyətcə yeni mərhələ olan lobbiçilik fəaliyyətinə keçməsinin reallaşması istiqamətində də mühüm planların olduğu diqqətə çatdırılıb.       Görüşdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşmək imkanlarından, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb.

Bundan başqa, azər­bay­can­lı­la­rın daha çox məs­kun­laş­dı­ğı öl­kə­lər­də ey­ni fəaliy­yət sa­hə­sin­də ça­lı­şan həm­və­tən­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin ya­ra­dıl­ma­sı­na səyləri gücləndirilir. Bu məq­səd­lə azər­bay­can­lı iş adam­la­rı, azər­bay­can­lı jurnalistlər, elm adam­la­rı, mə­də­niy­yət xa­dim­lə­ri bir­lik­lə­ri­nin ya­ra­dıl­ma­sı istiqamətində işlər aparılır.

Həmçinin, təş­ki­lat­lan­ma işin­də qa­dın­la­rın da dəs­tə­yin­dən geniş is­ti­fa­də edilir, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı qa­dın­la­rın di­as­por fəaliyyətinə cəlb olun­ma­sına diqqət artırılır. Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasına ölkələr üzrə seçilən əlaqələndiricilərin hamısının qadın olması da buna sübutdur. Belə ki, Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının" sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı Eluca Atalı, diaspor fəalı Sara Eveberger və Norveçdəki "Can Azərbaycan" təşkilatının rəhbəri Şervin Nəcəfpur Şuranın əlaqələndiriciləri seçilib. Daha bir xanım Mayisə Ağamirzəyeva isə Hollandiya-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Beləliklə, Dövlət Komitəsi soydaşlarımızı Azərbaycan və azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək istiqamətində fəaliyyətini davam etdirir. Soydaşlarımızın da bu prosesdə aktiv iştirakı Azərbaycan diaspor hərəkatının gücləndirilməsinə kömək edir və beynəlxalq aləmdə ölkəmizin daha yaxşı təmsil olunmasına gətirib çıxarır.

Süleyman        

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR