“Bayrağımızın üstündə milyonlarla azərbaycanlının qan izi var”

"Bu rəsmi dövlət bayramıdır. Bu bayramın yüksək səviyyədə keçirilməsi həmişə dövlətin diqqət mərkəzində olub".

Bu fikri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan dövlətinin rəsmi strukturları bu dövlət tədbirinin keçirilməsinə çox böyük məsuliyyətlə yanaşırlar: "Ötən illərin təcrübəsi bunun əyani sübutudur. Bununla bağlı müxtəlif tədbirlər keçirilir, KİV-lərdə geniş məlumatlar verilir. Bayrağımızın qəbul edilməsi və onun hansı çətinliklərdən keçərək bugünkü müstəqil dövlətimizə gəlib çıxdığı şərəfli tarix unudulmazdır. Bu gün bayrağımız barəsində hər bir vətəndaşımız məlumatlı olmalıdır. Bayrağımızın üstündə torpaq, müstəqillik uğrunda şəhid olan milyonlarla azərbaycanlının qan izi var. Dövlətimiz bu məsələdə çox həssasdır və hər il hər bir vətəndaşımız bu günü özünün şəxsi bayramı kimi qəbul etməsi, çox böyük sevinclə buna yanaşması qürur vericidir".

Millət vəkili hesab edir ki, bugünkü bayrağımızın qiyməti şərəfli tariximiz, şərəfli mübarizəmiz və müstəqil, beynəlxalq birlikdə layiqli yer tutan Azərbaycan dövlətçiliyimizdir".

Azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR