“Dilin təmizliyinə riayət olunmalıdır" ŞƏRH

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq bildirdi ki, Azərbaycan dili qloballaşma proseslərindən, xarici təsirdən qorunmalıdır. Hesab edirəm ki, bu çox vacib məsələdir". Bunu millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, əgər dil varsa, millət də var: "Millət öz dili ilə tanınır. Dil yaşamalıdır, qorunmalıdır və dilin təmizliyinə riayət olunmalıdır. Təbii ki, bunun üçün də cənab Prezidentimiz vaxtaşırı müəyyən qərarlar, Sərəncamlar, Fərmanlar, göstərişlər, tapşırıqlar verir. Bizim hər birimiz çalışmalıyıq ki, buna əməl edək və dilimizin zənginliyini, gözəlliyini, təmizliyini qoruyaq. Təbii ki, zamanla əlaqədar, müəyyən texnologiyaların, proseslərin getməsi, üzə çıxması ilə əlaqədar, elmi-texniki tərəqqi ilə əlaqədar dilimizə müəyyən yeni sözlər daxil olur. Yəni bunu qadağan etmək olmaz. Əksinə o da dilimizin zənginləşməsinə kömək edir. Amma qəsdən danışıq dilinə, ədəbi dilə, mətbuata, efir dilinə zibilliyən sözlərin daxil olması və yaxud reklam lövhələrində, müəyyən obyektlərin adlarının yazılmasında iyrənc sözlərdən istifadə edilməsi kimi şeylərdən dilimiz qorunmalıdır. Cənab Prezidentimiz dilimizin qorunmağın vacibliyini həmişə qeyd edir və özünün səlis danışığı ilə də nümunə göstərir".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR