Tramp fikrini dəyişdi - Putinlə görüşməyəcək

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşü olmayacaq.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasından bildiriblər.

"Prezident Trampın yeganə planlaşıdırılan görüşü fransalı həmkarı Emmanuel Makronla olacaq. Biz Parisdə prezident Vladimir Putinlə ayrıca ikitərəfli görüş planlaşdırmırıq", - deyə administrasiyadan deyilib. 

Xatırladaq ki, əvvəlcə Trampla Putinin noyabrın 11-də Parisdə görüşəcəyi deyilsə də, Ağ Ev rəhbəri daha sonra  rusiyalı həmkarı ilə G20 sammiti çərçivəsində noyabrın sonunda Argentinada görüşə biləcəyini söyləmişdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR