Azərbaycan prezidentindən Ermənistana mesaj

İlham Əliyev: "Biz bu vəziyyətlə barışmaq fikrində deyilik"

Azərbaycan dövlətinin aparıdğı uğurlu xarici siyasət kursu, diplomatik sahədə atılan uğurlu addımlar Ermənistanı nəinki regionda, eləcə də beynəlxalq aləmdə təcrid edir. Artıq dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar və qurumlar da Ermənistanı işğalçı dövlət kimi tanıyaraq Dağlıq Qarabağ probleminin ərazi bütövlüyünün təmin olunması və beynəlxalq hüquq prinsiplərinin tətbiqi prizmasından həllinə tərəfdar olduqlarını ifadə edirlər. Təbii ki, bütün bunlara məhz Azərbaycan dövlətinin uğurlu diplomatik gedişləri sayəsində nail olunur. Bir müddət əvvəl Avropa İttifaqı ilə imzalanmış saziş də məhz yuxarlda qeyd etdiyimiz prinsiplər öz əksini tapıb ki, bu da Ermənistanın xunta rejimi üçün ciddi zərbə sayıla bilər.

Azərbaycan diplomatiya sahəsində uğurlu addımları ilə yanaşı hərbi sahədə də öz mövqelərini gücləndiir, potensialını artırır. Artıq Ermənistan dövləti hər iki sahədə demək olar ki. müdafiə mövqeyindədir. Bir tərəfdən diplomatik uğursuzluq, digər tərəfdən hərbi sahədə Azərbaycanın gücü qarşısında acız duruma düşməsi İrəvanı məcburiyyət qarşısında danışıqlar masası arxasına sürükləyir. Çünki danışıqların alternativ variantı hərbi əməliyyatlardır ki, bunun da acı nəticəsini işğalçı Ermənistan 2016-cı ilin aprelində gördü. Nəticədə uzun illər Ermənistan ordusunun məğlubedilməz olduğu mifi tamamilə darmadağın edildi.

Bunu şərtləndirən başlıca amil isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı idi. Məhz Ali Baş Komandanın bilavasitə diqqət və qayğısı nəticəsində 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq uzun illər işğal altında olan bir çox ərazilərimizi düşməndən azad etdi. Bu səlində dövlət başçımızın bu günlərdə Ağdam rayonunda səfərdə olarkən söylədiyi kimi  bizim barışmaz ruhumuzun təzahürüdür. Dövlət başçısı Ağdamda çıxışı zamanı bir daha bəyan etdi ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq: "Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Prezident İlham Əliyevin Ağdama səfəri zamanı söylədiyi fikirlər həm də Ermənistanın yeni rəhbərliyinə növbəti mesaj xarakteri daşıyırdı. Yəni, işğalçı ölkənin hazırkı rəhbərliyi öz sələflərinin səhvlərini təkrarlamamalıdır. Əks təqdirdə yeni bir aprel uğursuzluğu qaçılmaz ola bilər ki, bu dəfə isə heç bir üçüncü qüvvə Ermənistanı Azərbaycan Ordusunun əlindən xilas edə bilməyəcək: "Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir".

Prezident bildirib ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq: "Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində apardığımız uğurlu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyət daşıyan yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağa gedən kommunikasiyalara tam nəzarət edirik. Yəni, bütün bu amillər onu göstərir ki, bizim iradəmiz də, gücümüz də var".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR