Yevgeni Mixaylov: "Hakopyanın fəaliyyəti axmaqlıq deyilsə, tərəfləri sülhə yaxınlaşdırmayan təxribatdır"

Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri davam etdirir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesinə mane olmaq cəhdlərini dayandırmır.

Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın təşəbbüsü ilə Ermənistan tərəfi "Qadınlar sülh naminə" kampaniyası çərçivəsində Dağlıq Qarabağa səfər etmişdi.

Bu addım Rusiya ekspert ictimaiyyətinin diqqətindən kənarda qalmayıb.

Rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov bu məsələni şərh edərkən A.Hakopyanın təşəbüsünü məntiqdən kənar adlandırıb.

Y.Mixaylovun sözlərinə görə, Ermənistan tərəfinin bu səfərə niyə Azərbaycan yox, Rusiya nümayəndə heyətini qəbul etdiyi barədə sual yaranır:

"Axı Ermənistanın münaqişəsi Rusiya ilə yox, Azərbaycanladır. Azərbaycan nümayəndə heyətinin Qarabağa səfəri daha məntiqli olardı. Bundan başqa, Bakının bu cür səfərlərə nə cür reaksiya göstərdiyi məlumdur. Aydındır ki, yaxın zamanlarda respublikanın arzuolunmaz şəxslərdən ibarət "qara siyahı"sı Hakopyanın dəvəti ilə Qarabağa getmiş rusiyalı qadınların adı ilə zənginləşəcək".

Y.Mixaylov bildirib ki, A.Hakopyanın hərəkətləri axmaqlıq deyilsə də, tərəfləri sülhə yaxınlaşdırmayan təxribatdır:

"Bu cür hərəkətlər onu bildirir ki, bundan sonra həmin rusiyalılarda öz sülhməramlı mövqeyini Azərbaycana çatdırmaq imkanları olmayacaq. Bu addımları heç cür sülhməramlı adlandırmaq olmaz".

Ekspertin sözlərinə görə, Yerevan hələ də tam başa düşmür ki, müharibə ilə problem həll olunmayacaq.

TREND

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR