Deputat Azərbaycan parlamentinin medalının təsis edilməsini təklif edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin medalının təsis edilməsini təklif edib.

S.Novruzov xatırladıb ki, Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən xatirə medalı təsis olunub: "O, muzeyə qoymağa və ya nəvələrə göstərmək üçün yaxşıdır. Amma onu gəzdirmək olmur".

Onun sözlərinə görə, bəzi dövlət qurumlarının medalları var, müvafiq olaraq xidmətə görə təqdim edilirlər: "Təklif edirəm ki, Milli Məclisin də belə bir medalı olsun, parlament üzvlərinə, parlamentlə əməkdaşlıq edən nazirlik və komitə üzvlərinə təqdim edilsin. Yəni kim layiqdirsə, ona təqdim olunsun".

S.Novruzovun çıxışı alqışlarla qarşılanıb.

Deputat Vahid Əhmədov da belə bir medalın təsis edilməsinin vacibliyini vurğulayıb.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR