"Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən yuxarı pilləyə qoymaq doğru deyil" - Parlament sədrinin birinci müavini

"Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil. Azərbaycan təhsilini və tələbəsini bu qədər aşağılamaq olmaz. Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaxşı kadrlar yetişdirir. Bəyəm onlar xaricdə oxuyanlardan əksikdilər?"

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovparlamanetin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, xaricdəki universitetlərdə qeyri-adi təhsil vermirlər: "Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhslini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər".

Qeyd edək ki, bəzi deputatlar çıxışlarında ölkədəki təhsil müəssisələrini tənqid ediblər.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR