Siyavuş Novruzov qəbul imtahanları ilə bağlı yeni qaydaların gec açıqlanmasına etiraz edib

"Tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasındaparlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, bu cür addım bir-iki nəfərə deyil, minlərlə insana təsir edir: "Bir abituriyent hansı qaydada imtahan verməlidir?! Axı bunun hazırlaşdığı istiqamət başqadır. Bunu öncədən müəyyənləşdirmək lazımdır. Tutaq ki, Təhsil Nazirliyi desin ki, bu qaydalar 9-cu sinifdə oxuyanlara şamil olunmur. Yəni bu qaydalar 8-ci sinifdə oxuyan, o yaşda olanlara tətbiq ediləcək. Belə olan halda şagird hansı istiqaməti seçəcəyini əvvəldən müəyyənləşdirir".

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR