Ermənistan rəhbərliyi danışıqlara məcburdur

Məhəmməd Əsədullazadə: "Çünki Nikol Paşinyan gözəl bilir ki, müharibə variantı Ermənistanın məğlubiyyətidir"

Bir qayda olaraq Ermənistanda hakimiyyətdə olan qüvvələr Dağlıq Qarabağ probleminin həllinə tərəflər yaxın olduğu bir vaxtda təxribat xarakterli gedişlər edir, bununla danışıqlar prosesini pozmağa çalışırlar. Levon-Ter Petrosyandan tutmuş Robert Köçəryana, Köçəryandan Serj Sərkisyana,  Sərkisyandan Nikol Paşinyana qədər bütün erməni siyasi rəhbərləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir irəliləyiş nəzərə çarpdığı zaman təxribat xarakterli addımlar ataraq bu prosesi pozublar. Hazırda da Ermənistan hakimiyyət öz ampluasındadır.  Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan konstruktivlik görüntüsü yaratmış və aqressiyadan uzaq olduğunu büruzə verməyə çalışmışdı ki, ancaq elə Düşənbə görüşündən qısa müddət keçəndən sonra inqilabçı baş nazir sələflərinin ənənəsinə sadiqliik nümayiş etdirməyə başladı. Yenidən Dağlıq Qarabağ separatçılarını tərəf kimi təqdim etmək cəhdlərini ortaya atdı. Hər halda baş nazir Nikol Paşinyanın Fransa televiziyasına verdiyi müsahibədən anlaşılan budur ki, inqilabçı baş nazir yenə də köhnə havanı çalır.

Ermənistan baş nazirinin son açıqlaması ekspertlər tərəfindən də kəskin tıənqid olunub. Bildirilir ki, Nikol Paşinyan da sələfləri kimi danışıqlar prosesinə əngəl olmağa çalışır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ konflikti ilə bağlı qeyd etdikləri, provakasiya xarakterli bəyanatı onun Düşənbədə götürdüyü öz öhdəliyinə hörmətsizliyidir: "Qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa televiziyasına verdiyi müsahibədə Qarabağda yaşayan erməniləri "Qarabağ xalqı" adlandırması, daxili auditoreyaya hesablanıb və heç bir halda bu ifadə heç bir danışıqlar formatını müəyyən edən sənədlərdə yer almayıb. Orada yaşayanlar erməni icmasıdır və Azərbaycan icması ilə eyni hüquqa malikdir". Politoloqun sözlərinə görə, Nikol Paşinyan nə qədər qeyri-konustruktiv açıqlamalar versə də, Ermənistan rəhbərliyi danışıqlara məcburdur: "Çünki Nikol Paşinyan gözəl bilir ki, müharibə variantı Ermənistanın məğlubiyyətidir.  Gələn ildən başlayaraq isə yeni erməni hakmiyyətinin ərazilərin boşaldılmasını nəzərdə tutan real danışıqlara gedəcəyi mümkün deyil. Çünki, Qarabağ klanı və güclü olan Koçaryan-Sarkisyan mafiyası ölkədə silahlı çevrilişə cəhd edə bilərlər. Onu da qeyd etmək yerinə düşər ki,  bu çevrilişə Moskva da dəstəyini əsirgəməz. Ona görə də Nikol Paşinyan üçün ən qorxulu ssenari dsnışıqlarda güzəştdir".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri hesab edir ki, davam edən siyasi proseslərdə müsbət dönüş nöqtəsi yalnız Rusiyanın Ermənistandan tamamilə çıxması və Qərbin ərazi bütövlüyü ilə bağlı prinsipləri rəhbər tutaraq regionda yeni bir siyasi dönəmə imza atması olar: "Erməni baş nazirin dekabrda növbədənkənar parlment seçkilərində qələbə qazanması şübhəsizdir. O, tədricən Koçaryan-Sarkisyan klanını Ermənistanın siyasi səhnəsindən silməklə, bir növ Rusiynın möveyini zəiflədəcək. Onun daxili mübarizə ilə paralel Qarbağ danışıqalrında hər hansı güzəşti onun devrilməsinə gətirib çıxara bilər. Paşinyanın üç il müddət ərzində Qarabağ klanını zərərləşdirməsi prosesi davam edə bilər. Bu müddət ərzində rəsmi Yerevan status-kvonu saxlamağa cəhd edəcək. Ona görə də rəsmi Bakı, Ermənistandakı daxili siyasətdə gərginlikdən dolayı status-kvonun qorunmasına şərait yaratmamalıdır".

Politoloq onu da diqqətə çatdırıb ki, artıq, danışıqlarda sükut hökm sürür: "Rusiyada bu sükutun qorunmasında maraqlıdır. Təbii ki, Rusiyanın əlində Nikol Paşinyanı devirmək üçün ideal variant Qarabağ konfliktini müharibə fazasına keçməsinə yaşıl işıq yandırmaadır. Ancaq Ermənistan rəhbərliyi unutmamalıdır ki, Qarabağ probleminin həllinin danışıqlar masasından müharibə varinatına keçməsi İrəvan üçün acı nəticələrə səbəb olacaq. Çünki Aprel təcrübəsi belə deməyə əsas verir".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR