Siyavuş Novruzov: "İşdən çıxarılmış şəxslər gəlib sonradan vəkillik edirlər, hüquq müdafiəçisi olurlar"

İşində nöqsanlara yol verdiyinə görə işdən çıxarılmış şəxslər gəlib sonradan vəkillik edirlər, hüquq müdafiəçisi olurlar.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, həmin adamlar özləri qanunu pozurlar, sonra gəlib kiməsə vəkillik edirlər. O bildirib ki, bu cür hallar vəkillik adına ləkədir.

Deputat hesab edir ki, belə şəxslərin vəkilliyə yol tapmasının qarşısını almaq üçün qanunvericiliyə yenidən baxılmalıdır.

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR