Milli Məclisdə Rusiya Dövlət Dumasına müraciət hazırlanıb

"Milli Məclis deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən həm Rusiya Dövlət Dumasının sədrinə, həm də digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlanıb.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

Ə.Hüseynli qeyd edib ki, bu müraciəti həm o, həm də Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin imzalayacaq:

"Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi".

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR