Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur

Gövhər Baxşəliyeva: Sabitliyin, uğurlu inkişafın təməlində dövlət başçısının düşünülmüş siyasəti dayanır"

Oktyabrın 9-da ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi.  Ölkə prezidenti iclasda giriş və yekun çıxışları edərək, çox mühüm və əhəmiyyətli məsələləri diqqət yetirdi, çox önəmli  fikirlər, mesajlar səsləndirdi, çağırışlar etdi,  bir sözlə, ölkəmizdəki iqtisadi-siyasi inkişafı təhlil edərək bunun əldə olunmasını dünyada baş verən qlobal proseslər kontekstində qiymətləndirdi. Millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, iclasda dövlətimizin başçısı Azərbaycandakı sabitliyi qlobal proseslər kontekstində qiymətləndirərək qeyd etdi ki, sabitliyin əsasında Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsi durur. "Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır"-deyən dövlət başçısı  əvvəlki illərdə yaranmış gərgin vəziyyətin, əfsuslar olsun ki,  hələ də aradan qaldırılmadğını bildirdi və əlavə etdi ki, belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq.  Sonra "Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq"-deyən, dövlət başçısı Azərbaycan xalqının rahat həyatının təmin edildiyini və ediləcəyini sözlərinə əlavə etdi". G. Baxşəliyevanın bildirdiyinə görə, ölkə başçısının da vurğuladığı kimi,  dünyada, regionumuzda, yerləşdiyimiz çoğrafiyada təhlükəsizliyi təhdid edən risklər  gündən-günə artmaqdadır və köhnə risk ocaqları ləğv edilməmiş yeni belə risk mənbələri yaranır.

Millət vəkili deyib ki, belə olduğu təqdirdə də,  münasibətləri sabit saxlamaq və ölkənin inkişafına nail olmaq olduqca çətindir: "Ancaq bununla belə, Azərbaycan 25 ildən bu yana, xüsusilə də, ölkə prezidenti İlham Əliyevin 15 illik iqtidarı dövründə yeridilən son dərəcədə uğurlu daxili və xarici siyasət kursu nəticəsində münasibətləri qoruyub, saxlamağa, inkişafı təmin etməklə, onu davam etdirməyə nail ola bilib. Belə ki, dövlət başçısının özünün də qeyd etdiyi kimi,  bu istiqamətdə bir çox addımlar atılır, o cümlədən xarici siyasətlə bağlı addımlar. "Deyə bilərəm ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır"-deyən ölkə rəhbərinin sözlərinə görə,  ikitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və Azərbaycanın sözünə inanırlar. Çünki onun da bəyan etdiyi kimi,  sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur".

G. Baxşəliyeva bildirib ki, ölkə prezidentinin çıxışıda da səsləndirildiyi kimi, bu il Azərbaycanın yaxından iştirakı ilə bir neçə önəmli beynəlxalq hadisə baş verib. Belə ki, bu ilin may-iyul aylarında Azərbaycan prezidentinin iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizinin, Türkiyənin Əskişəhər şəhərində isə "TANAP"-ın rəsmi açılış mərasimləri keçirilib. Hesab edirəm ki, bu hadisələr Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq hadisələrdir. Çünki Azərbaycan bununla nəinki regionun, bütövlükdə Avropanın və dünyanın əsas enerji təhlükəsizliyi təminatçılarından, əsas aktorlardan birinə çevrilib. Eyni zamanda, mühüm və qürur doğuracaq  hadisələr arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini  xüsusilə qeyd etmək yerinə düşərdi. Məhz Azərbaycanın, ölkə prezidentinin yaxından iştirakı və töhfəsi ilə bu tarixi anlaşma baş tutdu, 22 illik gərgin müzakirələr, danışııqlar öz səmərəsini verdi, Xəzərin sülh və əmin-amanlıq dənizinə çevrilməsi yönündə mühüm tarixi addım atıldı. Bir daha belə, hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Bu baxımdan hesab edirəm ki, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir.

Eyni zamanda, bu ilin iyul ayında tarixi Brüssel səfəri və zəfərində  Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atıldı.  Konkret olaraq, Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalandı və bu,  nəticə etibarı ilə çox önəmli addımdır, önəmli sənəddir.  Cənab prezident də öz çıxışında bu məqama toxunaraq, "Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir"-deyə, bəyan etdi  və  həmçinin, əlavə etdi ki, onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza var, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar Azərbaycanı mövqeyini daha da möhkəmləndirir.

Münaqişə ilə bağlı danışıqların indiki mərhələsinin ictimaiyyət üçün bəlli olduğunu deyən ölkə prezidenti eyni zamanda, Ermənistan tərəfinin danışıqlar prosesinin pozmaq cəhdlərinin nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatının dəyişməz olaraq qaldığını söylədi. O,  "Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır"-deyərək, Qarabağ münaqişəsinin həlli yönündə ümidlərimizi bir qədər də artırdı. Çünki Azərbaycan xalqı artıq bu problemin ədalətli həlli yolunu gözləyir və ümid edir ki, ölkə rəhbərliyinin səyləri nəticəsində bu problem öz müsbət həllini, nəhayət, tapa biləcək. Ermənilər gec-tez sülh masası arxasında əyləşəcəklər və Azərbaycanla sülhə razı olacaqlar. Bu gün artıq diktə edən tərəf onlar deyil, güclü, qüdrətli Azərbaycandır. Azərbaycan erməniləri, Ermənistanı sülhə gəlməyə vadar edə və buna nail ola biləcək. Bunun əksi yalnız və yalnız ermənilərin, Ermənistanın ziyanınadır, onlar üçün uçurum deməkdir. Hər halda ağılları olsa  və iradələri çatsa, birinci yolu seçərlər. Seçim isə onlarındır. Qarabağ Azərbaycanındır, Azərbaycanın olub və bundan sonra da olacaq. Azərbaycan kimsəyə bir qarış da olsun topraq verməyəcək, ərazi bütövlüyü məsələsində bir addım belə, geri çəkilməyəcək, güzəştə getməyəcək!"-deyə, G. Baxşəliyeva sözlərinə əlavə edib. Millət vəkili onu da bildirib ki, 9 oktyabr iclası mühüm bir iclas olmaqla, Azərbaycanın bütün sahələrdə və məsələlərdə hədəflədiyi məqsədlərə çatılmasında öz müsbət töhfələrini verəcək.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR