Minskin siyasəti Kremli niyə narahat edir?

Rusiya ilə Belaruz arasında zaman-zaman xırda problemlər meydana gəlir. Xüsusilə, iqtisadi sferada iki qardaş ölkənin bir-biri ilə sözü düz gətirmir desək yanılmarıq. Hər nə qədər bu iki ölkə bir-birinə strateji cəhətdən müttəfiq hesab edilsə də, lakin Moskvanın bir çox hallarda Minskə qarşı sərt siyasəti özünü büruzə verir. Bu sırada Belarusda istehsal olunan malların Rusiya bazarlarına ixracına qoyulan müəyyən məhdudiyyətlər, eləcə də Rusiyadan bu ölkəyə qaz verilməsində yaradılan süni əngəllər başlıca yer alır. Elə bu səbəbdəndir ki, son vaxtlar Moskva ilə Minsk arasında iki qardaş ölkəyə xas olmayan münasibətlər özünü büruzə verir. Kremlin bu siyasəti Belarus mətbuatında sərt tənqid olunduğundan qarşı tərəf də öz informasiya resurslarından istifadə edərək Minski informasiya mübarizəsində küncə sıxışdırmaq istəyir. Hələlik isə yaranan problemə ölkələrin birinci şəxsləri səviyyəsində heç bir aydınlıq gətirilmir. Hətta qeyri-rəsmi səviyyələrdə Vladimir Putinlə Aleksandr Lukaşenkonun bir araya gəlib aradakı problemləri yoluna qoyacağı barədə xəbərlər yayılsa da, lakin nə Moskva, nə də Minsk nəzərdə tutulan görüşə maraqlı görünmür. Eyni zamanda məsələyə ən yüksək səviyyədə belə münasibət sərgilənmir. Mövcud situasiya isə münasibətləri daha da gərginləşdirir. Bəs görəsən qarşılıqlı anlaşılmazlıq hansı məcraya doğru istiqamət götürəcək?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, son dövrlərdə iki qardaş ölkə arasında Belarus və Rusiya arasında soyuq rüzgarlar əsməyə başlayıb. Onun sözlərinə görə, Rusiya mətbuatında prezident Aleksandr Lukaşenkonu hədəf alan məqalələr dərc edilir: "Belarus prezidentinin Rusiya maraqlarına qarşı olduğunu və siyasət apardığı kimi informasiyalar dövrüyə buraxılır. Qeyd edim ki, Rusiya mətbuatının özəlliyi ondan ibarətdir ki, Kreml hər hansı bir dövlət başçısından narazı olduqda dərhal mətbuat həmin dövlət başçısına qarşı informasiya müharibəsi aparır. Hazırda Belarus, Rusiyanın siyasi və informasiya təzyiqləri ilə üz-üzədir. Belarusun Rusiyaya ixrac edilən bir çox mallarına Rusiya tərəfindən qadağa qoyulması, mavi yanacağın qiymətinin qaldırılması, xüsusi ilə Belarusla sərhəd istiqamətinə Rusiyanın silahlı qüvvələrinin cəlb edilməsi, rəsmi Minskiyə qarşı Kremlin psixoloji təhdiddir. Dəfəflərlə Putinlə Lukaşenkonun görüşmələrinə baxmayaraq, tərəflər hələ də fikir ayrılıqlarına malikdir. Təbii ki, Rusiyanın istəyi Belarusu tam nızarətə götürmək, Lukaşenkonun müstəqil siyasətinə son qoymaqdır. Rusiya Belarusda Qərbin ikinci "Maydan" hadisələri yaratmasından narahatdır".

Politoloq deyib ki, Rusiya öz silahlı qüvvələrini daimi dislokasiya üçün Belarusda yerləşdirmık niyyıtindədir: "Həmçinin bu ölkənin qərbində hərbi baza quraraq, NATO-ya qarşı güc qoymaqdır. Bu gün Rusiyanın aqressiyasından və Ukraynanın başına gələnlərdən Lukaşenko narahatdır və bu ssenari istənilən situasiyada Belarus üçün də gözlənilə bilər. Məhz dəfələrlə prezident Lukaşenko ölkənin müstəqilliyinin təhlükədə olduğunu vurğulayıb, müharibə olarsa bütün əli silah tutan vətəndaşları silahlandıracaqlarını bəyan edib. Təbii ki, Lukaşenkonun bu bəyanatı Rusiya təhülkəsi ilə bağlıdır".

Məhəmməd Əsədullazadə onu da vurğulayıb ki, hazırda Birləşmiş Ştatlarla Rusiya arasında Şərqi Avropada soyuq savaş yaşanaır: "İki ölkənin orduları arasınada hətta 20 kilometr məsafə var. Bundan əlavə, NATO qoşunlarını Polşa və Belarus sərhəddində cəmləşdirməsi Rusiyanın da analoji addım atamasına səbəb olur. NATO-nun Şərqi Avropada ordu cəmləşdrirməsi heç də Belarusun təhlükəsizliyinə zəmanət yaratmır. Əgər, Aleksandr  Lukaşenko mərkəzdənqaçma siyasəti aparıb, Qərbə tərəf üz tutarsa, Moskva NATO təhlükəsini bəhanə edib, Belarusu işğal edə bilər. Bu təhlükə qalmaqdadır və Qərbdə Kremlin bu planından xəbərdardır. Ona görə də Qərb ikinci "Maydan" ssenarisini Belarusda həyata keçirməyə cəhd etmir. Sonda qeyd edim ki, Belarusla Azərbaycan arasnda siyasi-iqtisadi və hərbi texniki əməkdaşlıq yüksək səviyyədədir. Belarus Erməistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiq olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü daima açıq dəstəkləyir, Həmçinin ölkəmizə özününü müasir silahlarının satışını həyata keçirir. Məhz "İsgəndər-M"operativ taktiki raketlərinin analoqu olan Belarusun istehsal etdiyi POLONEZ raket batareyalarını da Azərbaycana verib. Bu da Rusiya mətbuatında və Kreml dairələrində Lukaşenko hakimiyyətinə qarşı qəzəb doğurub".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR