Azərbaycan xalqının alternativsiz prezidenti

İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarını ən yüksək səviyyədə qoruyur

Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Məhz bu amili nəzərə alan Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Həmin gün kütləvi şəkildə seçki məntəqələrinə axışan xalqımız öz seçimini edərək  İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Təsadüfi deyil ki, seçicilərin 76%-i İlham Əliyevin lehinə səs vermişdi. 2003-cü il oktyabrın 31-də Prezident İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Respublika sarayının bayram tərtibatı salonuna Milli Məclisin üzvləri, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri-ziyalılar, gənclər, hərbçilər, din xadimləri, əməkçilər, andiçmə mərasimində iştirak etməyə gəlmiş xarici ölkələrin təmsilçiləri, səfirlər, digər qonaqlar, mətbuat işçiləri toplaşmışdılar. Andiçmə mərasiminə həmçinin Gürcüstan Prezidenti Eduard Şevardnadze, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Əbdüllətif Şənər, İranın vitse-prezidenti Seyid Məhəmmədəli Əbtəhi və Ukraynanın Baş naziri Viktor Yanukoviç daqatılmışdı.Təkcə bu fakt pezident İlham Əliyevə beynəlxalq inamın təzahürü kimi qiymətləndirilə bilər. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Beləliklə, 2003- cü il oktyabrın 15-də xalqımız mühüm tarixi hadisənin şahidi oldu. Müstəqil Azərbaycan Respublikasında keçirilən azad və ədalətli prezident seçkilərində İlham Əliyevin qələbəsi xalq tərəfindən birmənalı şəkildə dastəkləndi. Xatırladaq ki, aşkarlıq şəraitində keçirilən seçkiləri siyasi partiyaların, seçicilərin təşəbbüs qruplarının, ictimai təşkilatların çoxsaylı təmsilçiləri, habelə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və yerli vətəndaşlarımız da daxil olmaqla, 44 mindən artıq müşahidəçi izləmişdi. Azərbaycanın və dünyanın 70-dən yuxarı aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri seçkinin bütün mərhələlərini işıqlandırmışdı. Hazırda da Ulu Öndərin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Düşünülmüş və uzaqgörən siyasəti ilə Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı. "Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik" vədini Prezident İlham Əliyev indi də şərəflə yerinə yetirməkdədir. Bu isə o deməkdir ki, bir lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri onun sözünün sahibi olmasıdır. Məhz bu xarakterə güvənən Azərbaycan xalqı qəti əmin oldu ki, prezident nəyi vəd veribsə, sözsüz onu yerinə yetirəcək. Xalqın bu inamı, ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yenə də "Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir", - deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.

Prezident İlham Əliyevin növbəti fəaliyəti dövründə də Azərbaycanda bütün sahələr üzrə inkişafa nail olundu, ölkəmizin bölgədə və dünyada mövqeləri daha da möhkəmləndi. Azərbaycanın dövlət və milli maraqları ən yüksək səviyyədə qorundu, ölkədə sözün həqiqi mənasında vətəndaş həmrəyliyi bərqərar oldu. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini tutaraq təşəbbüslər müəllifi olan ölkəyə çevrildi. Nəticədə milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Elə bu səbədən dünyanın güc mərkəzləri Azərbaycanla hesablaşmaq məcburiyyətində qaldılar, ölkəmizlə bərabərhüquqlu əməkdaşlığa üstünlük verdilər.

İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,03 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, müdrik seçim etdi. Çünki Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Etiraf edilməlidir ki, İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə  yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına zəmin yaradıb. Artıq Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi uğurlar Avropanın enerji təhlükəsizliyi məsələsində ciddi rol oynayır. Belə ki, ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə nail olmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir. Nəticə etibarilə demək olar ki, Azərbaycanın əldə etdiyi uğurlar bir gerçəkliyi qeyd etməyi zəruri edir ki, zaman Heydər

Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR