“Prezidentin çıxışı korrupsiyaya qarşı mübarizəni sərtləşdirəcək" - ŞƏRH

"Ümumiyyətlə, son illərdə ictimaiyyət də çox gözəl bilir ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə bir neçə istiqamətdə aparılır. Birincisi ölkədə islahatlar davam etdirilir. Bu gün dövlət idarəetmə sistemində ciddi islahatlar aparılır, bir sıra sahələr yenidən qurulur. Eləcə də bu sahədə çox mükəmməl qanunvericilik bazamız var. Təbii ki, bu qanunların icrası məsələsində də son vaxtlar çox ciddi addımlar atılır. Bütün bunlar hamısı korrupsiyaya qarşı mübarizənin daha da genişlənməsindən və ciddi mübarizə aparılmasından xəbər verir".

Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

Partiya sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə bağlı çox gözəl fikirlər səsləndirdi: "Hesab edirəm ki, dövlət başçısının söylədiyi fikirlər bu sahədə proqram xarakterli fikirlərdir. Azərbaycan Prezidentinin sözü ilə əməlləri bir-birini tamamlayır. Ona görə də dövlət başçısı söz xatirinə söz demir. Bu ondan xəbər verir ki, ölkə rəhbərinin çıxışı ilə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərtləşəcəkdir. Bunun bariz nümunəsi bildiyiniz kimi vergi, gömrük orqanlarının fəaliyyətindəki irəliləyişdir. Bu gün gömrük orqanları qarşıda duran plan öhdəliklərini artıqlaması ilə yerinə yetirib. Bütün bunlar hamısı ondan xəbər verir ki, gömrük orqanları çox ciddi şəkildə öz fəaliyyətini yenidən qurub. Bu yenidənqurma nəticəsində də dövlət büdcəsinə gömrük orqanları tərəfindən əlavə yüz milyonlarla vəsait daxil olub. Həmçinin bu vergi orqanlarına da aiddir. Düşünürəm ki, bütün bunlar hamısı bütövlükdə cəmiyyətimizin saflaşmasına, ictimai münasibətlərin sağlamlaşmasına və dövlət-xalq münasibətlərinin daha da bir olduğunu sübut edən amillərdir".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR