"Təhlükəsizliyimizi artırmaq üçün müəyyən addımlar atırıq" - MÖVQE

"Bu gün Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət ölkəmizi təhlükələrdən uzaq tutmalıdır. Çünki bölgə çox gərgin bir bölgədir. Ermənistan torpaqlarımızı işğal edib. Bəzən müəyyən dövlətlərdən də təzyiqlərə məruz qalırıq. Bütün bu təzyiqləri neytrallaşdırmaq, təhlükəsizliyimizi artırmaq üçün də müəyyən addımlar atırıq".

Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında xarici ölkələrə səfərlərinin sayını, hansı tədbirlərdə iştirakını xatırlatdı: "Bu da ölkəmiz üçün vacib amildir. Çünki Azərbaycan müxtəlif istiqamətdə müxtəlif dövlətlərlə (Avropa, Rusiya, Amerika, İran, İsrail) əməkdaşlıq edir. Bütün bu dövlətlərin bir-biri ilə münasibətləri də hamar deyil. Azərbaycan çox çətin bir şəraitdə bütün bu dövlətlərlə münasibətləri yüksək səviyyədə tutmağa çalışır. Baxmayaraq ki, bu dövlətlərin öz aralarında münasibətlər hamar deyil.

İşğal olunmuş Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon “boz zona”ya çevrilib

Məsələn, Azərbaycan İsraillə əməkdaşlıq edir və İranda müəyyən qüvvələr bundan narazılığını bildirirlər. Eləcə də vaxtilə Türkiyə Rusiyaya məxsus təyyarəni vuranda iki dövlət arasında da münasibətlər soyuyanda Rusiyada müəyyən qüvvələr belə fikirlər səsləndirdi ki, guya Türkiyə aprel savaşına Azərbaycanı təhrik edib. Biz belə hallarla da ara-sıra üzləşirik. Bu gün Azərbaycan Avropa, Amerika ilə iqtisadi, regional layihələri inkişaf etdirir və çalışır ki, bu layihələrdən hamı faydalansın. Bu da Azərbaycanın yürütdüyü siyasətdir".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR