"Avropa dövlətləri ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşırlar" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin 9 ayın yekunları ilə bağlı keçirilən müşavirədə söylədiyi kimi ölkəmizin beynəlxalq siyasətlər sistemində əldə etdiyi uğurlar reallıqdır. Bunu tək biz deyil, digər ölkələrin rəhbərləri də etiraf edirlər. Azərbaycana gələn rəsmi qonaqlar da müzakirələr zamanı bu barədə öz müsbət fikirlərini söyləyirlər".

Bu fikirləri  politoloq Fikrət Sadıqov deyib.

Dövlət başçısının Nazirlər Kabinetinin iclasında Azərbaycanın cari ildə Avropa İttifaqı ilə əlaqələrinin inkişafında ciddi addım atıldığı fikrinə toxunan politoloq söyləyib ki, bu il Avropa İttifaqı "Tərəfdaşlıq prioritetləri" sənədinin imzalanması Azərbaycanla bu təşkilat arasında əlaqələrin inkişafında mühüm və önəmli sənəddir.

Onun sözlərinə görə, sözügedən sənəd Azərbaycanı Avropa İttifaqı ilə daha da yaxınlaşdırmaqla yanaşı, burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müddəaların yer alması bizim mövqeyimizi ifadə edir: "Bundan başqa cari ildə beynəlxalq siyasətimizdə əldə olunan digər uğurlarımızdan biri Ölkə başçısının da qeyd etdiyi kimi NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədədir ki, bu sənəddə ölkəmizin ərazi bütövlüyü birmənalı şəkildə tanınır. Bu da o deməkdir ki, Avropa İttifaqına daxil olan dövlətlər ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşmır. Bunun özü ölkəmizin xarici siyasətdə əldə etdiyi uğurlardan biridir".

Azərbaycan xarici bazarlara öz resursları ilə çıxacaq - ŞƏRH

F. Sadıqov qeyd edib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ölkəmizin Ermənistanla danışıqlar aparmağa hazır olduğunu bir daha bəyan etmiş oldu: " Ölkə başçısı bildirdi ki, Ermənistan sadəcə olaraq konstruktivlik nümayiş etdirməlidir. Vaxtilə Paşinyan hakimiyyətə gəldikdə separatçı rejimin də danışıqlar iştirak etməsini bildirsə də, sonradan onlar bunun yanlış olduğunu anladılar. Onlar artıq bilir ki, danışıqları yalnız Azərbaycanla aparmaq lazımdır. Ermənistan ölkəmizin güclü dövlət, ordu və hərbi potensiala malik olduğunu anlayır. Düşünürəm ki, Ermənistan və onun rəhbərliyi bütün bunlardan nəticə çıxararaq, düzgün addım atmalıdır".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR