Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

İlham Əliyev: "Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasıda dövlət başçısının etdiyi çıxşılarda ölkənin sosial-iqtisadi inkişafı konkret rəqəmlər və faktlarla əksini tapıb. Dövlət başçısının təhlil xarakterli çıxışında gələcək prespektivlər də müəyyən edilib. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hər 3 aydan bir dövlət başçısının iştirakı və sədrliyi ilə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslar keçirilir: "Bu da həmin iclaslardan, növbətilərindən biri idi və deyərdim ki, hər bir iclas özü bir tarixdir, bir hadisədir. Çünki bu iclaslarda, sadəcə,  quru rəqəmlər səsləndirilmir, sadəcə, sözlər deyilib, bununla kifayətlənilmir, bu iclaslarda Azərbaycanın daha da irəliyə getməsi, öz sabitliyini, təhlükəsizliyini, inkişafını daha da möhkəm və dayanıqlı etməsi yolunda konkret hədəflər müəyyənləşdirilir, çağırışlar edilir, mesajlar verilir. Bu dəfə də məhz belə oldu. Ölkə başçısı hər iki çıxışında çox dolğun, çox əhatəli, çox məzmunlu şəkildə ölkədə, ətrafımızda, dünyamızda yaşananlara münasibət bildirdi, növbəti və gələcək hədəflərimizin anonslarını verdi". Z. Səmədzadə  bildirib ki, artıq başa çatmasına 3 aydan da az vaxt qalmış 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra etdiyini diqqətə çatdıran ölkə rəhbəri ölkəmizin, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını dilə gətirib: "Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır"-deyə, bəyan edən Azərbaycan prezidenti belə olan vəziyyətdə özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qoruduğumuzu və qorumalı olduğumuzu vurğuladı. O, "Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik"-deyərək, bu istiqamətdə bir çox addımların, o cümlədən xarici siyasətlə bağlı addımların atıldığını və davam etdirilməli olduğunu söylədi. Dedi ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkə rəhbərləri, həmkarları ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşləri olub. Yəni, bu ilin doqquz ay ərzində 12 ölkəyə səfər edib, 15 dövlət və hökumət başçısı isə Azərbaycana səfərlərini reallaşdırıb. Bu yerdə onu da xatırlatmaq gərəkdir ki, bunlardan 4-ü elə Azərbaycan və Rusiya prezidentlərinin son 4 ayda 4 dəfə bir araya gəlməsidir. Bu görüş və səfərlər hər iki dövlətin və xalqın tarixində çox mühüm hadisələr kimi bundan sonra da öz sözünü deyəcək, müsbət töhfələrini verməkdə davam edəcək.Dövlət başçısı da çıxşında "Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur"-deyərək, fikirlərini davam etdirdi və bildirdi ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıb, qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlər olub və bu görüşlərdə əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələri möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Bununla yanaşı, müsəlman-Şərq ölkələri ilə əlaqələr həmişə olduğu kimi diqqət mərkəzində saxlanılıb. Çünki bu, Azərbaycanın xarici siyasətinin prioritet məsələlərindən birini təşkil edir.  Konkret şəkildə qeyd etməli olsaq, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal və dəyərli üzvü olmaqla, bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə İslam həmrəyliyini göstərir və bunu təbliğ edir. Təsadüfi deyil ki, keçən il ölkəmizdədə "İslam Həmrəyliyi İli" elan olunmuşdu. Çıxşında bu istiqamətdə fikirlərini davam etdirən cənab prezident "Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir.İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik. Təsadüfi deyil ki, bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik, qiymətləndiririk. Eyni zamanda, əlbəttə ki, bu qərar bizim İslam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaqdır. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilmişdir və həm İslam aləmində, həm Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir, bu səylərin gözəl nəticələri var"-deyə, sözlərinə sözlərinə əlavə etdi.

Eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atıldığını, doqquz ayın göstəricilərinə əsalanaraq,  Azərbaycan öz hədəflərinə, istədiyinə nail olduğunu, iqtisadiyyatın, yəni, Ümumi Daxili Məhsul (ÜDM) 0,8 faiz artdığını dilə gətirən dövlət rəhbəri qeyd etdi ki,  qeyri-neft sektorundakı artım 1 faiz təşkil edib,  sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Bu göstəricini Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsi kimi xarakterizə edən İlham Əliyev cənabları son illərdə  ölkədə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı, dəstək göstərildiyini, nəticədə də ardıcıl artımın müşahidə olunduğnu diqqətə çatdırdı. Həmçinin, ümid etdiyini ifadə etdi ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Dövlət başçımız "Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir"-deyərək, bununla yanaşı, inflyasiyanın cəmi 2,6 faiz, əhalinin gəlirləri isə 9,5 faiz təşkil etdiyini,  gəlirlərin inflyasiyanı üstələdiyini sözlərinə əlavə etdi. Onu da bildird ki, inflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, Azərbaycanın maliyyə vəziyyəti çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir. Həmçinin, məlum oldu ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub və ən əsası sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Yəni, bunun özü iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək. Eyni zamanda, valyuta ehtiyatlarımız artdığı, valyuta ehtiyatlarımız 45 milyard dollara çatdığı, ilin əvvəlindən bəri  əlavə 3 milyard dollar yığıldığı məlum oldu. Dövlət başcısı bu məqama da toxunaraq, "Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır..."-deyə, fikirlərini davam etdirdi. Bununla yanaşı, yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki "Star" neftayırma zavodu istifadəyə veriləcəyi, bu zavoda çox 6 milyard dollardan çox vəsait qoyulduğu, oradan hər il yüz milyonlarla dollar gəlir götürə biləcəyimiz vurğulandı. Eyni zamanda, bu il qaz hasilatımızın artırılacağı,  konkret olaraq, "Şahdəniz-2"dən qaz gəldiyi və gələn il, ondan sonrakı illərdə qazın daha da artacağı məlum oldu. Həmçinin, qeyd edildi ki, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrasında da heç bir problem yoxdur.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR