Kent: "ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir"

ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Bunu Bakıda mətbuat konfransı zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

C.Kent bildirib: "Azərbaycan hökumətinin regionda təhlükəsizliyin təmin edilməsi və gücləndirilməsi məqsədilə fəaliyyətini yüksək qiymətləndiririk".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini qeyd edib ki, onun Azərbaycan səfərinin məqsədi iki ölkə arasında münasibətlərin daha da inkişafını təmin etməkdir.

C.Kent əlavə edib: "ABŞ Azərbaycanı daha inkişaf etmiş və daha da çiçəklənən görmək istəyir".

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR