Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

Minval.info XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

L. Abdullayeva 2002-ci ildən XİN-də çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR