"Paşinyan qarşısına strateji ideyalar qoya bilməz" - ŞƏRH

"Tibb aləmində şəxsiyyətin ikiləşməsi ilə məşhur bir ifadə var. Ermənistanın baş naziri Nikol Paşinyanın timsalında da bunun qabarıq nümunələrini görməkdəyik. Belə ki, o bir tərəfdən küçə inqilabına rəhbərlik edib və həmin millətçi naturada özünün xalq sırıyır, digər tərəfdən də Moskvaya çatan kimi sabiq prezident Sarkisyanın bəyanatlarını onun dilindən eşidirik".

Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat bildirib ki, Paşinyan etdiyi hərəkətləri ilə bir daha sübut edir ki, həmin adamların millətçi, liberal, demokratik, solçu və sağçı olmasının heç bir önəmi yoxdur: "Onların xislətləri və mahiyyətləri dəyişmir".

Sentyabrın 1-də Prezident İlham Əliyevin Soçiyə səfərini xatırladan Z.Oruc söyləyib ki, səfər zamanı dövlətlər arasında əldə olunan razılaşmalar, imzalanan müqavilələr sübut etdi ki, münasibətlər yeni mərhələyə daxil olmaqdadır və Azərbaycan və Rusiya dövlət başçıları arasında formalaşan münasibətlər strateji əlaqələr üçün zəmin yaradır: "Paşinyan Azərbaycan Prezidentinin Soçi səfərinin nəticələrinə impulsiv reaksiya verərək Moskvaya gedəcəyini açıqladı. Ona qədər belə bir məlumatlar yox idi. Belə olan halda, sual olunur. Onun səfərində nələr razılaşdırıldı, hansı müqavilələr imzalandı və vamaat nəyə şahid oldu? Hətta bir quberniyanın rəhbəri belə Putinlə görüşə gələn zaman sənədlər imzalanır, layihələr müzakirə olunur. Ermənistan rəhbəri adlanan bu şəxsin Rusiyada baş tutan görüşündə bunun şahidi olduqmu? Əsla yox".

Deputat vurğulayıb ki, sentyabrın 8-də Putinlə görüşündən sonra Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olduğunu söyləyən adam ciddi dövlət adamı sayıla bilməz: "Buna qədərki, dövrdə həmin subyektin beynəlxalq hüquq üçün önəmli tərəf olmağından, Qafqazın zümrüdü kimi 20 minlik ordusu vasitəsilə özünə dövlət qurmağından, iqtisadiyyatının şaxələnməsindən, beynəlxalq aləmdə onun qəbul olunmağından danışırdılar. Bəs nə oldu birdən-birə onun hissəsinə çevrildi? Deməli bu günə qədər verilən bəyanatlar, açıqlamalar, təbliğatlar puç imiş. Paşinyan səfərin ikinci günü isə iş adamları ilə görüşündə bildirir ki, biz Dağlıq Qarabağı danışıqlarda təmsil etmək istəmirik, onlar gedib özləri danışsınlar. Bu insan hələ də jurnalist qiyafəsindən çıxmayıb. Ona tez-tez dövlət başçısının başqa bir ranq, onun isə fərqli statusa malik olduğunu xatırladaraq hər söylədiyi sözə cavab verməli olduğunu bildirirlər".

Z.Oruc qeyd edib ki, Paşinyan Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə əldə olunan razılaşmaları aradan qaldırmaq imkanında deyil: "Çünki, hər kəs bilir ki, Paşinyan müstəqil tərəf, ayrıca siyasət, yeniləşən xalqdan və digər məsələlərdən danışsa da reallıq tamamilə fərqlidir. Ermənistanın hazırda özünü faktiki şəkildə qoruyub saxlaması, digər ölkələrə münasibətləri normal səviyyədə həyata keçirərək dövlət kimi güclənməsi qeyri-realdır. Bu baxımdan deyə bilərik ki, Paşinyanın Moskva səfərindən gözləntiləri puça çıxdı".

Deputat əlavə edib ki, əslində Paşinyan qarşısına strateji ideyalar qoya bilməz: "O cari vəziyyətdə ölkə daxilində köhnə rəqiblərinə və parlament seçkilərində iştirak edəcək qüvvələrə qarşı müharibə elan edib. Bu qovğanın içərisindədir və onların sistemli planlaşdırılmış və tərəflərə yönələn planlarının platformasından danışmaq qeyri-realdır".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR