Komitə sədri: “Xəyanət və rüşvət almaq bağışlanmayacaq”

"Xəyanət və rüşvət almaq bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq"."Olaylar" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov isə  deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət  işi açılıb:

"Komitənin daxili istintaq idarəsində  keçirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb.  9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu  vəzifədən azad olunub, 6 nəfərin vəzifəsi aşağı salınıb, 47 nəfər son şiddətli töhmət,  113 nəfərə töhmət verilib, 20 nəfərə irad bildirilib, 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR