Paşinyan odla oynayır - ŞƏRH

Yaxud iki yol ayrıcında qalan Nikolun iki pisdən birini seçmək şansı

Ermənistanın baş naziri Nikol Paşinyan sözün həqiqi mənasında iki yol, daha doğrusu od arasında qalıb desək yanılmarıq. Birinci yol onu bəh-bəhlə hakimiyyətə gətirən xalq və onun getdikcə Paşinyana qarşı artan nifrəti, ikinci yol isə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı atacağı addımlardır. Maraqlıdır ki, Paşinyan üçün üçüncü bir seçim imkanı, yol yoxdur. İnqilabçı baş nazir iki pisdən birini seçməlidir. Yəni, ya xarici siyasətdə, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə sələflərinin buraxdığı səhvi təkrarlamayıb danışıqlar prosesinə getməli, adam balası kimi danışıqlara qatılmalı, mövcud reallıq və beynəlxalq hüquq və prinsiplərinə əsaslanaraq sələflərinin işğal etdiyi Azərbaycan ərazilərini boşaltmalı, ya da xalq arasında azalmağa doğru gedən nüfuzunu artırmaq, imicini qoruyub saxlamaq üçün Qarabağ probleminin həllində aqressivlik nümayiş etdirməli, populist, sərsəm bəyanatlar verməli, açıqlamalar səsləndirməlidir. Hazırkı situasiyada görünən odur ki, Nikol Paşinyan ikinci yolu seçib. Belə ki, inqilabçı baş nazir hələ də aprel inqilabının eyforiyasından xilas olmadığından özx populist, sərsəm açıqlamalarını davam etdirir. Paşinyan işğal altında saxladıqları Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xülyası ilə çıxış edir. Sırf daxili auditoriya üçün hesablanmış bu çıxış  qeyd etdiyimiz kimi Paşinyanın qarşısında olan iki seçimdən biridir. Ancaq baş nazir üçün bu seçim digərindən daha təhlükəlidir və Paşinyan sözün həqiqi mənasında iki yol ayrıcında odla oynayır. İnqilabçı baş nazir unudur ki, onun Azərbaycanı təxribata cəkmək kimi cəhdləri, səsləndirdiyi sərsəm, eyni zamanda təhdid dolu açıqlamalar Azərbaycanın hərəkətə keçməsinə, cəbhə xəttində hərbi əməliyyatların başlamasına yol aça bilər. Bu isə Ermənistan rəhbərliyi və dövləti üçün 2016-cı ilin aprelin daha acılnacaqlı bir durum yaradar. Hər halda inqilabçı baş nazir Nikol Paşinyanın atdığı son addımlar belə deməyə əsas verir. Nə qədər arzulamadığımız situasiya olsa da, görünən odur ki, müharibə qapını döyür.

Elə iqtisadçı ekspert Fikrət Yusifov da bu qənaətdədir. O, bildirb ki, Paşinyanın açıqlamaları sırf daxili auditoriya üçün hesablanıb. Lakin bu açıqlamalar inqilabçı baş nazirin ziyanına işləyə bilər: Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı bir-birinin ardınca sərsəm bəyanatlar verməkdədir. Biz bu adamın durumunu yaxşı başa düşürük. O, təlaş içindədir. Bu səbəbdən də özünü sahibini itirmiş və ya itirməkdə olan bir köpək kimi aparır. Belə köpəklərin bu cür hürməsinin qarşısını almağın yeganə yolu, Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə qan uddurmaqdan keçir. Erməni qan görəndə it kimi qorxur. Bu bizim atalar sözümüzdü. Atalarımız, babalarımız tarix boyu dəfələrlə bunun belə olduğunu gözləri ilə görüblər. Ona görə də onlara qan göstərmək lazımdır. Əks halda qaya kölgəsində yatan və onu öz kölgəsi bilən bu həyasız köpəklər Kəlbəcərin isti suyundan içib, Laçından Xankəndinə yeni yol çəkəcək, Zəngilanda kilsə, Qubadlıda məktəb, Şuşada yaşayış evləri tikdirib bunu da sosial şəbəkələr vasitəsilə bizə göstərəcəklər". Fikrət Yusifov deyib ki, erməni Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər ərazilərimizdə bir dəqiqə də olsun rahat yaşamamalıdır: "O yadından çıxarmamalıdır ki, bu torpaqlar onun deyil, o bu torpaqlarda müvəqqəti yaşayır. O hər an ölümlə üzləşə biləcəyi bir dərdlə üz-üzə qalmalıdır. Bu rahatsızlığı biz ona bəxş etməliyik. Biz bunu müharibə yaşamış ölkələrin keçdiyi sınanmış bir yolla etməliyik . Bu partizan hərəkatıdır. Bunu bizə heç kim qadağan edə bilməz. Dağlıq Qarabağ probleminin həlli mütləq böyük müharibədən keçəcək. Çünki tarixdə sülh yolu ilə torpaq qaytarılması təcrübəsi demək olar ki, olmayıb. Donuzu pəyədən yalnız dəyənəklə çıxarmaq mümkündür. Böyük müharibənin başlayacağı uyğun məqama qədər biz işğal altında olan torpaqlarımızda yaşayan ermənilərə rahat yaşam şəraiti verməməliyik. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, nə qədər qəhrəman, cəsur oğullarımız var". Natiq bildirib ki, Aprel döyüşləri zamanı ölkəmizin daxilində və xaricində minlərlə azərbaycanlı Ali Baş komandanın bir əmri ilə silaha sarılmağa hazır olduğunu bəyan etdi: "Bu ruh yüksəkliyi bizim qələbəmizin təməl daşıdır. Ondan istifadə etmək lazımdır. Bu gün vətəni sevən oğullar bir çağrışa bənddirlər. Buna heç kimin şübhəsi olmasın. Yetər ki, bu hərəkata qoşulanların və onların ailə üzvlərinin zəruri hesab edilən bütün ehtiyacları təmin edilsin".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR