"Köçəryan yenidən həbs edilsə, Azərbaycan da…" – Şərh

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ətrafında ziddiyyətli proseslər gedir. Rusiya özünün köhnə əlaltısını müdafiə etməyə, onu həbsdən qurtarmağa çalışır. Nikol Paşinyan isə bu məsələdə kifayət qədər israrlıdır və onu 2008-ci il 1 mart qırğınlarına - erməni xalqına qarşı törətdiyi qırğınlara görə həbs etmək fikrindədir.

Bunu politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, N.Paşinyan bu məsələni Rusiyaya səfəri zamanı Vladimir Putinlə də müzakirə edib:
"Paşinyanın deməsinə görə bütün məsələlərdə razılıq əldə edilib və tərəflər bu məsələdə də kompromis xarakterli hansısa mövqeyə gəlib çıxıblar. Köçəryan kifayət qədər kriminal və eyni zamanda korrupsiyalaşmış bir klana - Qarabağ klanına başçılıq edirdi. Ermənistanda oliqarxlar məhz onun dövründə yaranıb inkişaf etmişdi. Həmin oliqarxların 85-90 faizi Qarabağ mənşəli idi. Ona görə də onlar Ermənistan iqtisadiyyatının həlledici sahələrinin demək olar, hamısını öz əllərinə keçirə bilmişdilər. Yəni, Köçəryanın həbsi ölkədə talançılıqla məşğul olan, dövlət əmlakını mənimsəyən böyük bir qrupa qarşı aparılan istintaq hərəkətləri ilə qırılmaz surətdə bağlıdır".

Q.Hüseynli əlavə edib ki, R.Köçəryan təkcə Azərbaycan xalqına qarşı cinayətlər törədən şəxs deyil, eləcə də erməni xalqının qanına susamış canidir:

"O, Azərbaycan torpaqlarının işğal edilməsinin, Xocalı, Qaradağlı kimi böyük yaşayış məntəqələrində soyqırımı hadisələrinin törədilməsinin və bütövlükdə Azərbaycana qarşı həyata keçirilən bədxah əməllərin başında dayanan adamlardan biridir. Həmçinin, qondarma Dağlıq Qarabağ respublikasının ilk "prezidenti" kimi tarixə keçəcək. Bu səbəbdən də Azərbaycan tərəfi, yəni Baş Prokurorluq onun və Serj Sərkisyanın barəsində cinayət işi qaldırıb. Bu cinayət işi üzrə materiallar da toplanıb. Ancaq bu cinayət işinə hərəkətlilik vermək hələ ki, mümkün deyil. Çünki onların hər ikisi toxunulmazlıq statusuna malikdir. Bu səbədən də müvafiq istintaq prosedurlarını aparmaq mümkün deyil. Əgər Ermənistanda Köçəryana qarşı cinayət işi yenidən onun həbsi ilə nəticələnərsə, Azərbaycan da beynəlxalq orqanlar xətti ilə Köçəryana qarşı özünün ciddi iddialarını hərəkətə gətirə, ciddi materiallarını ortaya qoya biləcək".

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR